Icma.az
close
up
RU
Azərbaycan mətbuatının yaranmasından 150 il ötür... TƏBRİK YAZISI

Azərbaycan mətbuatının yaranmasından 150 il ötür... TƏBRİK YAZISI

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu il Azərbaycan mətbuatının yaranmasından 150 il ötür. Ölkədə ilk mətbu orqan "Əkinçi" qəzeti 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulur. Bu tarixdən 1877-ci ilin Sentyabr ayınadək qəzetin cəmi 56 sayı işıq üzü görüb.

Çar Rusiyası qəzetin insanların maarifləndirilməsindəki rolundan qoxuya düşüb və qəzet nəşrini dayandırıb. O vaxtdan mətbuatımız uzun tənəzzül və inkişaf dövrü keçib.

Ümummilli lider Heydər Əliyev tərəfindən 16 avqust 1998-ci il tarixli fərmanla ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olunur. Bu fərman ölkədə mətbuatın inkişafında mühüm rol oynayıb. Bu gün ölkəmizdə çoxsaylı xəbər saytları, informasiya agentlikləri, qəzetlər, radiolar, yerüstü və internet televiziyaları fəaliyyət göstərir. Dünyada gedən informasiya müharibəsində mətbuatımız günü-gündən inkişaf edir. Elə bir neçə il öncə 44 günlük vətən müharibəsində mətbuatımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynamış bu sınaqdan üzü ağ çıxmışdır. Mətbuatımızın inkişafı ilə yanaşı bu gün jurnalistikaya maraq günü-gündən artır. Ölkədə yeni-yeni gənc jurnalistlər yetişir və müxtəlif media quruluşlarında fəaliyyət göstərirlər. Bu jurnalistlərin yetişməsində universitetlərlə yanaşı media məktəblərinində böyük rolu var. Bu gün ölkədə çoxsaylı media məktəbləri fəaliyyət göstərir. Bu media məktəbləri jurnalistika sahəsinə marağı olan bu sahədə istedadı olan onlarla, yüzlərlə gənclərin üzə çıxarılmasında və yetişdirilməsində onların bu sahədə uğurla fəaliyyət göstərməsində mühüm rol oynayır.

Məndə bu media məktəblərinindən olan "APA məktəbi"ni bitirmişəm. 16 yaşından "Hürriyyət" daxil olmaqla Azərbaycan mətbuatının 90%-də ölkədə məni narahat edən məsələlər, müxtəlif sahələrlə bağlı məqalələrim, əksər saytlarda açıqlamalarım dərc olunsa da, ixtisas olaraq jurnalistikanı bitirmədiyim üçün bu sahədə fəaliyyət göstərə bilmirdim. İllərdir əksər media quruluşları ilə yanaşı, məqalələrim “Hürriyyət” qəzetində də dərc olunur və müxtəlif mövzularla bağlı “Hürriyyət” TV-nin də qonağı oluram. Buna görə başda "Hürriyyət Media"-nın rəhbəri Vüqar bəy, Jalə xanım və Vüsalə xanım olmaqla, bütün kollektivə öz dərin təşəkkürümü bildirirəm.

APA Jurnalistika məktəbinin sayəsində jurnalistika sahəsində fəaliyyət göstərə biləcəm. APA Jurnalistika məktəbinin digər media məktəblərindən fərqli olaraq, ən böyük üstünlüyü burda bizə sırf print media və ya sırf telejurnalistika sahəsində dərslər yox, jurnaslistikanın hər iki sahəsi - həm print media, həm də telejurnalistika sahəsində dərslərin keçirilməsidir. Bu da gələcəkdə gənc jurnalistlərə jurnalsitikanın istənilən sahəsində fəaliyyət göstərə bilməsinə şərait yaradır. Hər iki sahə üzrə bizə jurnalistika sahəsində öz sözünü demiş əməkdar jurnalist Qabil Abbasoğlu və fəlsəfə doktoru, AZTV akademiyasının prorektoru Almaz Mahmud jurnalistikanın sirrlərini bizə öyrətdilər. Qabil müəllim və Almaz xanımla yanaşı, təlim boyu İlqar Əlfioğlu, Ramilə Qurbanlı, Afaq Vasifqızı, Bahəddin Həzi, APA Group-un rəhbəri Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyev, Lent.az saytından Səbinə Əvəzqızı, Hafiz Heydərov, APA TV-nin direktoru Orxan Məmmədli, Vesti.az saytının redaktoru Nicat Hacıyev, APA TV-dən İlhamə Qasımlı, tanınmış hüquşünas Şamil Paşayev, foto-redaktor Vüqar Əlioğlu müxtəlif mövzular üzrə öz təcrübələrini bizimlə bölüşdülər. Hər birinə sonsuz təşəkkürümü bildirirəm. Bu gün APA jurnalistika məktəbinin yetirmələri həm APA, həmdə digər mətbu orqanlarda çalışırlar. APA Jurnalistika məktəbində bizə yaradılan mükəmməl şərait, öyrəndiklərimiz bir yana, mənim üçün APA-nın qapısından içəri daxil olmaq və hər zaman mediadan, sosial şəbəkələrdən izlədiyimiz dəyərli şəxslərlə eyni məkanda olmaq, onlarla eyni havanı udmaq mənim üçün özü böyük bir şərəfdir və həyatımda böyük bir hadisədir. Bu günə qədər ağılıma belə gəlməzdi ki, mən APA Jurnalistika məktəbini bitirərəm. Yaradılan şərait və məni bu məktəbə qəbul etdiyi üçün dəyərli müəllimim Qabil müəllimə və APA rəhbərliyinə ömrümün sonuna qədər minnətdaram. Bundan sonrada harda olmağımdan asılı olmayaraq bir insan yetişməsi üçün ömür boyu təhsil alsada  insanın bünövrəsini qoyan ona öz adını yazmağı öyrədən ibtidai sinif müəllimi olduğu kimi mənimdə əlimdən tutub jurnalistikaya gətirən şəxs Qabil müəllim, Almaz xanım və APA-dır.

Bu günə kimi həyatımda sanki nəsə çatmırdı. Çünki uşaqlıqdan jurnalist olmaq arzusunda olmuşam. Bu gün içimdəki o əksiklik yerini tapdı. Qabil müəllim sözün əsl mənasında sanki mənə ikinci həyat verdi. Bu məktəbi yaradan, əziyyətimizi çəkən başda Qabil müəllim, Vüsalə xanım Mahirqızı, Nurşən müəllim olmaqla hər kəsə öz dərin təşəkkürümü bildirirəm var olun. Çünki sizlərin var olması bu sahədə daha neçə-neçə istedadı olan şəxslərin üzə çıxması deməkdir. Var olun ki, məsləhətə ehtiyacımız olduğu anda biz sizlərdən hər zaman öyrənə bilək.

Sonda başda "Hürriyyət Media"-nın rəhbəri Vüqar Məmmədov və kollektivi olmaqla, ustadlarım Qabil müəllim, Almaz xanım, APA rəhbərliyi və kollektivi olmaqla ölkədə bütün jurnalistlərin mətbuat gününü təbrik edirəm. Hər birinizə möhkəm can sağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Mətbuatımızın neçə belə yubileylərini qeyd edək, inşallah!

İlkin MƏMMƏDKƏRİMLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 İyul 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri