Icma.az
close
up
RU
Yeni Azərbaycan Partiyasının yaranmasından 32 il ötür

Yeni Azərbaycan Partiyasının yaranmasından 32 il ötür

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) ilk təsis konfransından 32 il ötür.

1992-ci ilin 16 oktyabrında Azərbaycanın düşdüyü çətin siyasi, iqtisadi və sosial böhrandan çıxış yolu axtaran ictimaiyyətin tanınmış şəxslərindən 91 nəfərin imzası ilə həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevə müraciət göndərilib. Müraciətdə ölkədəki ağır vəziyyətdən bəhs edilir, Heydər Əliyevdən öz zəngin təcrübəsinə əsaslanaraq, yeni yaranacaq partiyaya rəhbərlik etmək xahiş olunurdu.

24 oktyabr 1992-ci ildə Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək, təklifi qəbul etdiyini bildirib.

Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu ilk konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilib. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Eyni zamanda, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçilib.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

YAP-ın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb.

YAP sədri Heydər Əliyev 1993-cü il oktyabrın 3-də prezident seçilib. 1995-ci ilin noyabr ayının 12-də çoxpartiyalı sistem əsasında ölkədə ilk dəfə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib.

Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın sədri seçilib.

Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın 2001-ci il noyabr ayının 21-də keçirilən II Qurultayında sədrin birinci müavini, 2005-ci il mart ayının 26-da keçirilən III Qurultayında isə sədr seçilib. Azərbaycan Prezidenti İlham Əliyev hazırda da YAP-ın sədridir.

YAP sədrinin birinci müavini Mehriban Əliyeva, sədr müavinləri isə Tahir Budaqov və Əli Əhmədovdur.

1993-cü ilin aprel ayında partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxıb.

1995-ci ildə AP Qadınlar Şurası və Gənclər Birliyi təsis olunub.

YAP ölkədə keçirilən parlament və bələdiyyə seçkilərində də mütləq əksəriyyətlə qələbə qazanır.

2024-cü ildə keçirilmiş son parlament seçkiləri əsasında formalaşmış VII çağırış Milli Məclisdə YAP üzvü olan 68 deputat var.

YAP rəsmi internet səhifəsində 730 354 nəfər üzvü olduğunu qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri