Azərbaycan Metrologiya İnstitutu EURAMET ə assosiativ üzv qəbul olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Avropa Milli Metrologiya İnstitutları Assosiasiyasına (EURAMET) assosiativ üzvlüyü təsdiqlənib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı qərar Tbilisi şəhərində keçirilən EURAMET-in 20-ci Baş Assambleyasının iclasında qəbul olunub. Beləliklə, AzMİ EURAMET-in Texniki Komitələrinin fəaliyyətində iştirak etmək və təşkilatın elmi-tədqiqat və innovasiya layihələrinə qoşulmaq imkanı qazanıb.
Bundan əlavə, üzvlük AzMİ-nin “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Saziş (CIPM MRA) çərçivəsində fəaliyyətinin gücləndirilməsinə, beynəlxalq tutuşdurmalarda iştirakının genişləndirilməsinə, ölçmə və kalibrlənmə imkanlarının (CMC) daha çox ölkələrdə tanınmasına şərait yaradacaq.
Qeyd edək ki, Avropanın Regional Metrologiya Təşkilatı EURAMET regionun milli metrologiya qurumları arasında əməkdaşlığı koordinasiya edir, beynəlxalq tutuşdurmaların və tədqiqat layihələrinin həyata keçirilməsini dəstəkləyir, həmçinin etalonların ölçmə və kalibrlənmə imkanlarının beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Təşkilatın 37 tam üzvü və 80-dən çox assosiativ üzvü mövcuddur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 23 İyun 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















