Icma.az
close
up
RU
Metrologiya İnstitutu ilə ADNSU nun Elmi Tədqiqat İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

Metrologiya İnstitutu ilə ADNSU nun Elmi Tədqiqat İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AzMİ-dən AZƏRTAC-a bildirilib ki, sənədə əsasən, tərəflər tədqiqat layihələri, elmi konfranslar, seminarlar və sessiyaların təşkil edilməsi və həyata keçirilməsi, beynəlxalq elmi konfranslarda, simpoziumlarda və layihələrdə iştirak (qrant layihələrində iştirak da daxil olmaqla), habelə patentlərin, elmi nəşrlərin, elmi məqalələrin və s. hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcəklər.

İşgüzar görüş çərçivəsində AzMİ nümayəndələri Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun “Yeni supermolekulyar birləşmələr”, eləcə də “Kataliz və neft email” laboratoriyalarının fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, Anlaşma Memorandumu tərəflərin birgə elmi tədqiqat sahələrində əməkdaşlıq qurmaq niyyətini ifadə etmək, həmçinin gələcək əməkdaşlığa dair məqsəd və vəzifələri təsvir etmək məqsədini daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see341

“İnsanyuyan” satışa çıxarıldı Fotolar

29 Noyabr 2025 08:07see181

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see172

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see167

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see165

Göygöldə “BMW” alışıb yandı Fotolar+Video

29 Noyabr 2025 07:20see155

Zəngəzur dəhlizi Cənubi Qafqazın güc xəritəsini yenidən cızır TƏHLİL

29 Noyabr 2025 09:09see154

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see149

“Aristokrat” klinikasında QALMAQAL KONKRET

29 Noyabr 2025 09:10see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see133

ABŞ bütün sığınacaq müraciətlərinə baxışı dayandırıb

29 Noyabr 2025 08:22see133

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Tanınmış türk məşqçi Azərbaycanda işləmək istəyir

29 Noyabr 2025 08:27see132

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see132

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see132

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see131

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see129

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see128

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see126

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri