Icma.az
close
up
RU
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində əlamətdar bir görüş baş tutub

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində əlamətdar bir görüş baş tutub

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində əlamətdar bir görüş baş tutub. Bölmənin sədri, akademik İsmayıl Hacıyev 1992–1997-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix ixtisası üzrə təhsil almış məzunlarla görüşüb. Görüş iştirakçıları həmin illərdə İsmayıl Hacıyevin birbaşa dərs dediyi tələbələr olublar.

525.az xəbər verir ki, tədbir çay süfrəsi arxasında dostyana və elmi-mənəvi zəngin ab-havada keçib. Görüşün əsas məqsədi həm keçmiş tələbələrlə yenidən əlaqələrin qurulması, həm də onların həyat və fəaliyyətləri ilə maraqlanmaq, elm, təhsil və tarix sahəsindəki mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparmaq olub.

Görüş zamanı İsmayıl Hacıyev çıxış edərək, həm iştirakçıları salamlayıb, həm də özünün həyat yolu və elmi fəaliyyətindən danışıb. Akademik ötən əsrin sonlarında yaşanan çətinliklərə baxmayaraq, elmi-tədris prosesinin Naxçıvanda yüksək səviyyədə davam etdirildiyini vurğulayıb. Xüsusilə, AMEA Naxçıvan Bölməsinin yaradılması ilə bağlı tarixi müşavirəni xatırladan alim bildirib ki, bu təşəbbüs uzun illər bölgədə elmin inkişafına xidmət edib.

Akademik qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda fəaliyyət baxımından ən yüksək göstəricilər məhz Naxçıvan Bölməsində qeydə alınıb. Bu isə burada çalışan alim və tədqiqatçıların zəhməti, prinsipiallığı və elmi yanaşmasının nəticəsidir. İsmayıl Hacıyev, həmçinin çıxışında şəxsi həyat yoluna, elmi və pedaqoji fəaliyyətinə də toxunub. İllər ərzində qazandığı təcrübələri bölüşən alim, tələbələrinə daim obyektivlik, elmi dürüstlük və milli maraqlara sadiqlik aşılamaya çalışdığını bildirib.

Akademik o dövrdə dərs dediyi tələbələrin bu gün müxtəlif sahələrdə -təhsil, elmi araşdırmalar, dövlət idarəçiliyi və digər istiqamətlərdə uğurla fəaliyyət göstərməsini məmnuniyyətlə vurğulayıb. İsmayıl Hacıyev müəllim üçün ən böyük qürur mənbəyinin məzunlarının cəmiyyətə faydalı fərdlər kimi yetişməsi olduğunu bildirib.

Daha sonra çıxış edən məzunlar keçmiş müəllimləri ilə yenidən görüşmək fürsətindən duyduqları sevinc və minnətdarlıq hisslərini ifadə ediblər.

İsmayıl Hacıyevin dərslərinin onlara yalnız tarix elminin incəliklərini deyil, həm də elmi düşüncə tərzini, vətənpərvərlik və mənəvi məsuliyyət hissini aşıladığını qeyd ediblər. Məzunlar bu görüşü keçmişə səyahət və eyni zamanda ruhlandırıcı bir motivasiya mənbəyi kimi qiymətləndiriblər.

Daha sonra İsmayıl Hacıyev “Elmi əsərlər” jurnalının müxtəlif illərə aid buraxılışlarını iştirakçılara təqdim edib.

Sonda xatirə şəkilləri çəkilib, gələcəkdə də bu qəbildən olan görüşlərin davam etdirilməsi arzusu ifadə olunub. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Oktyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri