“Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” nəşr edilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik, “Elm” nəşriyyatının isə 100 illik yubileylərinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Elm” nəşriyyatı tərəfindən çap edilən bu kitab Azərbaycanda biblioqrafiyalaşdırma praktikasında sahəvi biblioqrafik vəsaitlərin biblioqrafik göstəricisinin hazırlanması istiqamətində ilk təşəbbüsdür. Biblioqrafiyanın elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, tərtibçisi “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlidir.
Nəşr AMEA Rəyasət Heyətinin müvafiq Qərarı ilə təsdiq olunmuş “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı çərçivəsində hazırlanıb. Kitabda ötən əsrin ortalarından indiyədək işıq üzü görmüş AMEA-nın həqiqi və müxbir üzvlərinə həsr olunmuş biblioqrafik vəsaitlər barədə məlumatlar sistemli şəkildə toplanıb. Göstəricidə materiallar xronoloji ardıcıllıqla, onun daxilində isə şəxsi göstəricilərin adları əlifba sırası ilə təqdim edilib, istifadəni asanlaşdırmaq üçün soraq axtarış aparatı tərtib olunub. Nəşrin əsas məqsədi elmi biblioqrafiyadan səmərəli istifadəyə şərait yaratmaq, ölkədə biblioqrafik repertuarın formalaşmasına töhfə verməkdir.
Kitab elmi tədqiqatçılar, kitabxanaçılar, biblioqraflar, eləcə də elm tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 13 Avqust 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları














![Şəkidə 24 yaşlı oğlan 50 yaşlı kişini qətlə yetirdi Hadisənin TƏFƏRRÜATI/red]](https://icma.az/media/photos/15_11_2025/516707d3-6080-406b-bd69-a673ff55a496.webp)




