Icma.az
close
up
RU
Azərbaycan Milli Kitabxanasının direktoru Budapeştə işgüzar səfərə gedib

Azərbaycan Milli Kitabxanasının direktoru Budapeştə işgüzar səfərə gedib

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Macarıstanın paytaxtı Budapeştə işgüzar səfəri çərçivəsində Xarici Ədəbiyyat Milli Kitabxanasını və Macarıstan Parlament Kitabxanasını ziyarət edib.

525.az xəbər verir ki, səfərin ilk hissəsində Kərim Tahirov Xarici Ədəbiyyat Milli Kitabxanasında olub. Qonaqları kitabxananın direktoru İstvan Horvath qarşılayaraq müəssisənin fəaliyyəti, strukturu və zəngin kitab fondları haqqında ətraflı məlumat verib. Bildirilib ki, kitabxana müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatın toplanması və oxuculara təqdim olunması baxımından mühüm mədəniyyət ocaqlarından biridir və beynəlxalq ədəbi əlaqələrin inkişafında xüsusi rol oynayır. Hazırda kitabxananın fondunda müxtəlif dünya xalqlarının dillərində 400 000-dən çox ədəbiyyat vardır.

Professor Kərim Tahirov kitabxananın müxtəlif bölmələri ilə yaxından tanış olub. Musiqi bölməsində nadir not materialları, musiqi nəşrləri və audio arxivlər təqdim olunub. Həmçinin Azərbaycan musiqisinə dair not materialları və səsyazıları ilə tanışlıq olub. Direktor tez bir zamanda yeni musiqi və not materiallarının kitabxanaya göndəriləcəyini bildirib. Oxu zalında müasir və rahat şərait, istifadəçilər üçün yaradılmış geniş imkanlar və elektron resurslara çıxış imkanları barədə məlumat verilib. Xarici ədəbiyyat zalında isə dünya ədəbiyyatının klassik və müasir nümunələrinin zəngin kolleksiyası nümayiş etdirilib. Bununla yanaşı, kitabxananın digər bölmələri və xidmət sahələri də təqdim olunub.

Daha sonra professor Kərim Tahirov Macarıstan Parlament Kitabxanasını ziyarət edib. Qeyd olunub ki, bu kitabxana Macarıstan Parlamenti binasının tərkibində fəaliyyət göstərir və ölkənin ən mühüm elmi-informasiya mərkəzlərindən biridir. Kitabxananın fondlarında hüquq, siyasət, tarix və ictimai elmlər üzrə zəngin ədəbiyyat toplanıb və tədqiqatçılar üçün geniş imkanlar yaradılıb.

Parlament Kitabxanasının rəhbəri Szollas Peter professor Kərim Tahirova kitabxananın fəaliyyəti barədə geniş təqdimat edib. Bildirilib ki, kitabxana həm ənənəvi fondlarla, həm də geniş elektron resurs bazası ilə oxuculara xidmət göstərir və müasir informasiya sistemlərinə malikdir. Həmçinin, professor Kərim Tahirov Parlament binası ilə yaxından tanış olub, burada tarixi və mədəni əhəmiyyət daşıyan zallarda gəzdirilərək binanın zəngin irsi və arxitekturası barədə məlumatlandırılıb.

Səfər çərçivəsində kitabxana işi sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Xüsusilə kitab mübadiləsi, rəqəmsallaşdırma, elmi resursların paylaşılması və birgə layihələrin həyata keçirilməsi kimi məsələlərə toxunulub. Parlament Kitabxanasında Azərbaycana aid materialların olmadığını diqqətə çatdıran professor Kərim Tahirov, kitab mübadiləsinin tez bir zamanda həyata keçirilməsinin vacib olduğunu kitabxana rəhbərinə bildirib.

Səfər zamanı professor Kərim Tahirova Macarıstan Parlament Kitabxanası tərəfindən “Macarıstan Parlament Kitabxanası”, “Budapeştdə Parlament binası və XIX əsrin digər parlament binaları”, “Macarıstanın Müqəddəs Tacı və tacqoyma regaliyaları” nəşrləri hədiyyə olunub.

Professor Kərim Tahirov göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və bu cür görüşlərin Azərbaycan ilə Macarıstan arasında elmi və mədəni əlaqələrin daha da inkişafına töhfə verdiyini vurğulayıb. Səfərin sonunda xatirə şəkilləri çəkdirilib və gələcək əməkdaşlıqla bağlı qarşılıqlı niyyət ifadə olunub.


    
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Mart 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri