Icma.az
close
up
RU
Bu gün Azərbaycan Milli Kitabxanasının yaranma günüdür

Bu gün Azərbaycan Milli Kitabxanasının yaranma günüdür

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycan Milli Kitabxanası” adlı elektron məlumat bazası, eyniadlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Milli Kitabxana haqqında”, “Ümummilli Lider Heydət Əliyev Milli Kitabxanada”, “Milli Kitabxananın layihələri”, “Görkəmli şəxsiyyətlər Milli Kitabxana haqqında”, “100 illiklə bağlı yubiley tədbirləri”, “Kitabxananın nəşrləri”, “Milli Kitabxana nəşrlərdə”, “Beynəlxalq əlaqələr”, “Onlayn xidmətlər”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir. Məlumat bazasında yerləşdirilən materiallar tammətnləri ilə təqdim olunur

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Milli_Kitabxana/index.html linkindən istifadə edə bilərlər.

Virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə Milli Kitabxananın nəşr etdiyi  “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə çap olunan biblioqrafiyalar, “Bərpanəşr” seriyası, “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyası ilə çap olunan musiqi notları, zəngin mədəniyyət xəzinəsi olan Milli Kitabxanada həyata keçirilən iş prosesləri, sənəd-informasiya fondunun formalaşdırılması, elektron resursların yaradılması, kolleksiyaların mühafizəsi və istifadəsi, təqdim edilən yeni xidmət üsulları, elmi-tədqiqat və metodik işin təşkili istiqamətləri, biblioqrafik informasiya mənbələrinin yaradılması və nəşriyyat fəaliyyəti, kitabxananın beynəlxalq əlaqələri, ölkədaxili və beynəlxalq kitab mübadiləsi və s.  haqqında ədəbiyyatlar sərgilənir.

Qeyd edək ki, bir əsrdən çox tarixi və şərəfli inkişaf yolu keçən   M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarca yeni şöbə yaranıb, fondunda olan ədəbiyyat sayı artıb.

Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. Bu gün 5 milyona yaxın fondu olan  Milli Kitabxananın beynəlxalq əlaqələri də əhəmiyyətli dərəcədə genişlənib və beynəlxalq kitabxana təşkilatlarında uğurla təmsil olunmağa başlayıb. Milli Kitabxanamız dünyanın 55 ölkəsinin zəngin kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalayıb və bu kitabxanalarla fəal kitab, informasiya, təcrübə mübadiləsini həyata keçirir, eyni zamanda, dünyanın 80-dən artıq ölkəsinin milli və universitet kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi yolu ilə kitab və digər nəşrlərin mübadiləsini həyata keçirir.

Heç təsadüfi deyildir ki, Ulu Öndərimiz, elm və mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev cənabları 1995-1997-ciillərdə 4 dəfə Milli Kitabxanaya səfər etmiş və öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı kitabxanaya hədiyyə etmişdir.

2004-cü ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 May 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri