Icma.az
close
up
RU
Azərbaycan milli təhlükəsizliyin təmin olunmasını daim ön plandasaxlayır

Azərbaycan milli təhlükəsizliyin təmin olunmasını daim ön plandasaxlayır

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"İllərdir dövlət qulluğunda yüksək vəzifə daşıyan R.Mehdiyevin xəyanətkar U-dönüşü kifayət qədər suallar yaradıb".

Milli.Az xəbər verir ki, bunu açıqlamasında deputat Sevil Mikayılova söyləyib. O bildirib ki, 
illərdir radikal ritorikası ilə yadda qalan, siyasi davranışlarında qeyri-ardıcıl və manipulyativ taktikalara geniş yer verən AXCP-nin də bu prosesə cəlb olunması cəmiyyəti haqlı olaraq hiddətləndirir:

"Son aylarda barəsində cinayət işi açılan Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ifşa olunan xəyanətkarlığı ictimai müzakirələrin mərkəzində qalmaqdadır. Məlumatlara görə onun "Dövlət Şurası" adlı qeyri-rəsmi bir struktur yaratmaq niyyətində olması barədə iddialar araşdırılır. Bu iddialarda həmin strukturun formalaşdırılması, iştirakçıların seçilməsi və paralel siyasi mərkəz qurmaq cəhdləri kimi məqamlar yer alır.

Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq sistemdə güc balansının dəyişməsi Cənubi Qafqazda da yeni siyasi arxitektura formalaşdırıb. Azərbaycan bu mərhələdə suveren ərazilərində nəzarətin bərpası, beynəlxalq hüququn əsas prinsiplərini tətbiqi və sülh gündəliyini irəliyə aparmaqla regionun aparıcı aktorlarından birinə çevrilib. Şübhə yoxdur ki, yeni geosiyasi reallıqlarda regional çəkisi ölkə kənar maraqların mərkəzindədir.

Lakin Azərbaycan hüquqi dövlətdir və burada məsuliyyət yalnız hüquq çərçivəsində müəyyən olunur. Keçmiş statuslar, siyasi keçmiş və hər hansı yüksək vəzifə şəxsə toxunulmazlıq verə bilməz. Mövcud proseslər də təsdiqləyir ki, dövlət potensial riskləri əvvəlcədən qiymətləndirir və ehtiyac yarandıqda preventiv mexanizmlər işə salınır.

AXCP-nin uzun illərdir qarşıdurma üzərində siyasi mövcudluğunu qorumağa çalışdığı açıq-aşkardır. Son günlərdə partiya rəhbərliyi ilə bağlı araşdırmalar barədə yayılan məlumatlar da siyasi fəaliyyətin müəyyən aspektlərində qaranlıq məqamların mövcud olması barədə suallar doğurur. Burada söhbət sıravi üzvlərdən deyil, məhz rəhbər strukturdan gedir, çünki hüquqi məsuliyyət məhz qərar verən instansiyaların fəaliyyəti ilə bağlıdır.

Cənubi Qafqazda son illərdə baş verən prosesləri bir çox analitiklər "Qafqaz baharı" kimi xarakterizə edir. Bu anlayış ərəb ölkələrində yaşanan siyasi silkələnmələrin daha yumşaq forması kimi, bölgədə müxtəlif aktorların lokal gərginliklər yaratmaq planlarına işarə edir.
Regionda artan geosiyasi rəqabət, informasiya müharibəsinin güclənməsi və müxtəlif siyasi qrupların xarici təsirlərə daha açıq olması bu riskləri dərinləşdirir. Azərbaycanda hökm sürən sabitlik və milli həmrəylik fonunda ölkədə belə cəhdlərin potensialı məhdud görünür, lakin radikal qüvvələrin zaman-zaman ortaya çıxan fəallığı preventiv monitorinqin aktuallığını artırır.

Bu mənada xaricdən informasiya dəstəyi alan və ya siyasi diskursunu regiondakı güc balansına uyğun şəkildə dəyişən qruplar dövlət təhlükəsizlik sisteminin diqqət mərkəzindədirlər.

Bəzi maraqlı dairələrin regionda ənənəvi olaraq "müxalifət kartı"ndan istifadə təcrübəsi mövcuddur. Azərbaycanın Qərb-Rusiya balansını qorumağa çalışdığı bir dövrdə daxili gərginlik yaratmaq cəhdləri üçün AXCP "uğurlu" vasitə kimi nəzərdən keçirilmiş ola bilər.
Bu kontekstdə hansısa siyasi təşkilatın xarici təsirlərə həssaslığı məhz təhlükəsizlik baxımından qiymətləndirilməlidir. Azərbaycanda siyasi sabitliyin qorumasının təhlükəsizlik strukturları qarşısında ümdə vəzifə daşıdığını nəzərə alsaq, belə qurumların qanunazidd fəaliyyəti diqqətlə monitorinq olunur.

Azərbaycanın təhlükəsizlik strategiyası daxili sabitliyin qorunması, siyasi mühitin balanslaşdırılması və dövlət institutlarına təhdid yarada biləcək addımların vaxtında müəyyənləşdirilməsi üzərində qurulub. Xarici təsirlərə açıq ola biləcək qrupların monitorinqi, radikal fəaliyyət meyllərinin hüquqi qiymətləndirilməsi və preventiv addımların atılması bu strategiyanın ayrılmaz hissəsidir.

Regionun dəyişən geosiyasi reallıqları fonunda Azərbaycanın sabitlik xətti daha da aktuallaşır və dövlət özünün prioritet hesab etdiyi milli təhlükəsizliyin təmin olunmasını daim ön planda saxlayır. Ona görə də, dövlətçiliyin sarsıdılmasına yönələn istənilən fəaliyyətlər ifşa olunur və nəticələri hüquq müstəvisində qiymətini tapacaqdır", - deyə o fikrini yekunlaşdırıb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Dekabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri