Icma.az
close
up
RU
Azərbaycan Ordusu regionda ön sıradadır

Azərbaycan Ordusu regionda ön sıradadır

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və texnoloji cəhətdən ən inkişaf etmiş hərbi qüvvəsidir. 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa edən Azərbaycanın hərbi imkanları məhdud olsa da, aparılan genişmiqyaslı islahatlar, hərbi texnika parkının yenilənməsi və müasir texnologiyaların tətbiqi nəticəsində ordu tamamilə yeni səviyyəyə yüksəlib.

Azərbaycan Ordusunun texnikası bu gün həm say, həm keyfiyyət, həm də müasir döyüş konsepsiyalarına uyğunluğu baxımından regionda ön sıradadır. Müasir texnologiyalar, peşəkar hərbi kadrlar, milli istehsal potensialı və strateji tərəfdaşlıqlar sayəsində Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı səviyyəsindədir. Bu güc təkcə müdafiə qabiliyyətini deyil, həm də regionda sülhün və sabitliyin qorunmasında Azərbaycanın rolunu daha da möhkəmləndirir.
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad zamanı nümayiş etdirilən texnikalar isə Azərbaycan Silahlı Qüvvələrinin çoxşaxəli, müasir və inteqrasiya olunmuş döyüş potensialını aydın şəkildə əks etdirir. Paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksəkdəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr müşahidə olunub. Bu müxtəliflik ordunun, eyni zamanda, həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir.
Reyting.az “Azərtac”-a istinadla bildirir ki, Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad zamanı nümayiş etdirilən hərbi texnikalar, silah sistemləri və aviasiya vasitələri ilə bağlı məlumatları təqdim edir.
Xüsusi təyinatlı avtomobil texnikası və zirehli nəqliyyat vasitələri

Keçiddə təqdim olunan üzərində 12,7 millimetrlik NSV pulemyotları, tankəleyhinə idarəolunan “SPIKE-ER” (İ-AR) raketləri, 120 millimetrlik “SPEAR” minaatanları quraşdırılmış, “SandCat-Stomer” zirehli idarəetmə, çevik hərəkət avtomobilləri göstərir ki, Azərbaycan Ordusu əməliyyatlarda çeviklik və mobilitetə böyük əhəmiyyət verir. Silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələri, silahlanmaya yeni qəbul edilmiş “COBRA-II” zirehli tibbi təxliyə avtomobilləri, “Land Rover-110” xüsusi təyinatlı patrul avtomobilləri, “SKİF” - “COBRA” üzərində yerləşdirilmiş tankəleyhinə idarəolunan raket kompleksi, BTR-82A zirehli transportyorları, “PDM-3” - Piyadaların Döyüş Maşınları, “T-72M1” və “T-90S” tankları Azərbaycan Ordusunun döyüş qabiliyyətinin davamlılığını və strateji üstünlüyünün açıq nümayişidir.
Hava Hücumundan Müdafiə sistemləri
Paradda Azərbaycan Ordusuna məxsus Hava Hücumundan Müdafiə sistemləri qürurla nümayiş etdirilib. Nümayişdə “S-125 TM” zenit-raket kompleksi, “BUK-MB” və “BUK-MB2K” zenit-raket kompleksi, “İLDIRIM-8” zenit-raket kompleksi, “S-300”- “FAVORİT” uzaqmənzilli zenit-raket kompleksi, “TOR-2M” zenit-raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş yerli müdafiə sənayesinin məhsulu “VİKİNQ” Hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş “Şilka” özüyeriyən zenit-qurğusu, silahlanmaya yeni qəbul edilmiş “HQ-9” (EYC KÜ-9) uzaqmənzilli zenit-raket kompleksi Azərbaycanın hava məkanının çoxsəviyyəli, etibarlı və döyüş şəraitinə davamlı müdafiə qabiliyyətinin təcəssümüdür.

PUA və digər insansız vasitələr


Azadlıq meydanındakı hərbi paradda İnsansız Sistem Qoşunları tərəfindən Ordumuzun pilotsuz uçuş aparatları (PUA) və digər insansız vasitələri də təqdim edilib. Paradda nümayiş etdirilən “Orbiter-1KM” zərbə PUA-sı, “Orbiter-2”, “Orbiter-3” və “Orbiter-4” kəşfiyyat PUA-ları, “Aerostar” taktiki-kəşfiyyat PUA-sı, “Bayraktar-TB2” silahlı kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş “Hero-120” (HİRO) sərbəst uçan döyüş sursatları, “Sky Striker” (Strayker) sərbəst uçan döyüş sursatları, “Orbiter-5” taktiki-kəşfiyyat PUA-sı, “Harop” zərbə tipli PUA-sı, “Hermes-450” taktiki-kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş KAYRA - kamikadze tipli suüstü dəniz vasitəsi Ordumuzun həm kəşfiyyat-zərbə, həm də dəniz və sahə əməliyyatlarında yeni taktiki imkanlar qazandığını göstərir. Marauder və Matador tipli minaəleyhinə zirehli nəqliyyat vasitələri də Ordumuzun texnoloji üstünlüyünün parlaq simvoludur.
Raket və artilleriya sistemləri
Paradda nümayiş etdirilən Raket və Artilleriya Silahlarının kolonu isə olduqca qürurvericidir. Belə ki, 120 millimetrlik “Vena” özüyeriyən minaatan qurğusu, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik “Akasiya” özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik “Msta-S” özüyeriyən artilleriya qurğusu, 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğusu, 220 millimetrlik TOS-1A “Odsaçan” yaylım atəşli reaktiv sistemi, “Xrizantema-S” tankəleyhinə özüyeriyən raket sistemi, 152 millimetrlik “Dana” özüyeriyən artilleriya sistemi, silahlanmaya yeni qəbul edilmiş 155 millimetrlik uzaqmənzilli “NORA” və 155 millimetrlik uzaqmənzilli “DİTA” özüyeriyən artilleriya sistemi, 122 millimetrlik RM-70/85 yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 122 millimetrlik “ACCULAR” (AKULAR) idarə olunan yaylım atəşli reaktiv sistemi, 160 millimetrlik “QRAD-LAR” yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemi, “Qasırğa” taktiki raket kompleksi - TRLG-230A, 300 millimetrlik uzaqmənzilli TRG-300 taktiki raket sistemi, 300 millimetrlik iriçaplı “Smerç” yaylım atəşli reaktiv sistemi, 306 millimetrlik “EKSTRA” taktiki raket kompleksi, 301 millimetrlik “POLONEZ” əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 370 millimetrlik yüksəkdəqiqlikli “Predator Hawk” (HOUK) Əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş beşinci nəsil İCEBREAKER (Aysbreker) qanadlı raket kompleksi, həmçinin 624 millimetrlik “LORA” əməliyyat-taktiki raket kompleksi izləyənlər üçün qürurverici anlar bəxş edib.
Dəniz qüvvələri, sahil mühafizəsi və aviasiya vasitələri

Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə aviasiya nümayiş uçuşları isə izləyicilər üçün unudulmaz olub. Parad çərçivəsində uçan Mİ-17 döyüş-nəqliyyat helikopterləri Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlət bayraqlarını daşıyıb, Mİ-17 helikopteri Ümummilli Lider Heydər Əliyevin portretini nümayiş etdirib. Həmçinin uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş Mİ-17 döyüş-nəqliyyat helikopterləri, MFİ-17 təlim təyyarələri, L-39 təlim təyyarələri, İL-76 hərbi-nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş C-27J yük təyyarələri, silahlanmaya yeni qəbul edilmiş JF-17 (Cİ EF) çoxməqsədli qırıcı təyyarələr, Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən F-16 çoxməqsədli qırıcı təyyarələr, modernizasiya olunmuş SU-25-Laçın hücum təyyarələri iftixar dolu hisslər yaşadıb. SU-25 hücum təyyarələri isə Azərbaycan Bayrağının rənglərini paytaxt səmasında canlandırıb.
Paradda, həmçinin Xəzər dənizində döyüş gəmiləri və katerlər də nümayiş etdirilib. Bu, Azərbaycanın region sularında suverenlik və strateji nəzarət qabiliyyətinin sarsılmaz gücünü göstərir.
Qeyd edək ki, hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti iştirak edib. Həmçinin Azərbaycanın 50 aviasiya vasitəsi, 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də parada 12 gəmi paradda nümayiş üçün cəlb olunub.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Noyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri