Icma.az
close
up
RU
Azərbaycan milli uşaq poeziyasının banisi Abdulla Şaiqin doğum günüdür

Azərbaycan milli uşaq poeziyasının banisi Abdulla Şaiqin doğum günüdür

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bu gün tanınmış şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin doğum günüdür.

Oxu.Az xatırladır ki, tam adı Abdulla Axund Mustafa oğlu Talıbzadə olan şair Abdulla Şaiq imzası ilə yazdığı uşaq şeirləri ilə daha çox tanınıb.

O, 1881-ci il fevralın 24-də Tiflisin Şeytanbazar məhəlləsində doğulub. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı olub. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləyib. Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində alıblar. Bu məktəb təkcə dini təhsil ocağı olmayıb. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun olub. Bu məktəbdə Abdullanın atası Axund Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının məzunlarından Baxşəli bəy və Paşa bəy də dərs deyiblər.

Abdulla Şaiq 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gedib. Xorasanda dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirib. Yeddi il Xorasanda mükəmməl təhsil alıb, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənib. 1900-cü ildə Tiflisə qayıdıb. Bir müddət Tiflisdə qaldıqdan sonra 1901-ci ildə Bakıya köçüb.

A.Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri "Dəbistan" və "Məktəb" uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə "Nicat" cəmiyyətinin İdarə Heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub. Xalq ədəbiyyatını toplayıb araşdıran A.Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazıb. Onun "Ədhəm", "Tapdıq dədə", "Qoçpolad" kimi poemalarında milli folklorun təsiri görünüb. Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyub.

Şair "İki mücahid" və yaxud "Atı yaralı əsgər" şeirində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkib. Ədib Azərbaycan Demokratik Respublikası dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırıb, bir neçə məktəbi milliləşdirib, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradıb.

Alim, ədəbiyyatşünas, folklorçu kimi də çalışan A.Şaiq klassik ədəbiyyat yönümündə araşdırmalar aparıb. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu gün də dəyərlidir.

Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə A.Şaiqə "Əməkdar incəsənət xadimi" adı verilib.

A.Şaiq 1959-cu ildə Bakıda vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri