Azərbaycan millisi Sarayevoda daha iki medal qazandı
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandası aktivinə növbəti uğurları yazdırıb.
Futbolpress.az xəbər verir ki, M5 yaş kateqoriyasında mübarizə aparan Babək Hacıyev (60 kq) və Mövlud Mirəliyev (100 kq) bütün rəqiblərinə üstün gələrək növbəti dəfə dünya çempionu adını qazanıblar.
Hər iki cüdoçumuz karyeraları ərzində dördüncü dəfə veteranlar arasında dünya çempionatının qızıl medalına sahib çıxıb.
Yarışın əvvəlki günlərində Məmmədəli Mehdiyev (100 kq) qızıl medal qazanmışdısa, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq), Coşqun Abdullayev (90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və Anar Ağayev (90 kq) bürünc medallara yiyələnmişdilər.
Beləliklə, Azərbaycan millisinin Sarayevoda qazandığı medalların sayı 9-a çatır (3 qızıl və 6 bürünc). Komandamız hazırda 65 ölkə arasında ümumi komanda hesabında 6-cı sırada yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 23 Sentyabr 2026 07:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















