Sarayevoda veteran cüdoçularımız 9 medal qazanıb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub.
M5 yaş kateqoriyasında Babək Hacıyev (60 kq) və Mövlud Mirəliyev (100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıblar. Hər iki cüdoçumuz karyerasında dördüncü dəfə veteranlar arasında mundialın qızıl medalına sahib çıxıb.
Daha əvvəl Məmmədəli Mehdiyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq), Coşqun Abdullayev (90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və Anar Ağayev (90 kq) isə bürünc medala yiyələniblər.
Beləliklə, Azərbaycan komandasının dünya çempionatında qazandığı medalların sayı 9-a çatıb – 3 qızıl və 6 bürünc. Yığmamız hazırda 65 ölkə arasında 6-cı pillədə qərarlaşıb.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 23 Sentyabr 2026 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















