Icma.az
close
up
RU
“Azərbaycan millisi yaxın bir iki ildə dünya çempionu olsa da, mənim üçün yanlış qərardı”

“Azərbaycan millisi yaxın bir iki ildə dünya çempionu olsa da, mənim üçün yanlış qərardı”

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəinki əsas yığmanın, bütün yaş qrupu üzrə yığmaların ardıcıl uğursuzluqları ölkə futbolu ilə bağlı bir mövzuda müzakirələri aktuallaşdırıb.

Artıq çoxları belə düşünür ki, premier-liqada legioner limitinin ləğv olunması menecerlərin daha çox pul qazanmasına xidmət edir, nəinki Azərbaycan futbolunun inkişafına. Yəni klublar əsasən legionerlərə güvəndiyinə görə yığmaların baş məşqçilərinin heyət formalaşdırmaq üçün seçim imkanı olduqca məhduddu.
Həqiqətənmi əsas problem legioner limitinin ləğvidi? Bu sual ətrafında iki azərbaycanlı menecerlə söhbətləşdik.
Tural Əsgərov:

“Legioner limitinin ləğvi bəlkə də hansısa menecerlərə sərf edir. Hətta bəlkə mənə də sərf edir. Amma burda söhbət sərf etməkdən yox, bu qərarı verənlərin vəziyyəti nə dərəcədə düzgün ölçüb-biçməsindən gedir. Azərbaycan millisi yaxın bir-iki ildə dünya çempionu olsa da, mənim üçün yanlış qərardı. Bu fikrimdən daşınmayacam. Bu tam başqa söhbətin mövzusudu. Klubların legioner transfer etməsinə icazə verilir, onlar da götürür - bu qədər sadə. Deyə bilərik ki, klub rəhbərləri vətənpərvər olsaydı, yerli futbolçularl transfer edərdi… Bu klub rəhbərliyinin işidi. Buna qarışa bilmərəm, qarışmaq istəmərəm də. Əsas məsələ belə qərarın qəbul olunmasıdı. Bu qərarı verən şəxslər hələ də yanlış olduğunu düşünmürsə, belə də davam etsin”.


Emil Şükürov:

“Əvvəlcə mən limitlə bağlı təkrar bunu demək istəyirəm: süni şəkildə yerli oyunçulara oynamaq şansı verməklə nə dərəcədə “irəli getdiyimiz” göz qabağındadı. Limitin götürüldüyü indiki şəraitdə yerli oyunçular rəqabət aparmalı və əsas heyətdə yer almağa çalışmalıdılar. Təbii ki, məsələ bununla bitmir. Aydın məsələdi ki, futbolçular müəyyən bir yaşa çatandan sonra – xüsusən də 19 yaşdan sonra daha çox hiss olunur - yerli məşqçilərin yerli futbolçulara inamı azalır. Bu da keçid dövrü ilə bağlıdı. Onların böyük futbola alışması çətin gedir. Yəni açıq-aydın, rahat şəkildə deyə bilərəm ki, Azərbaycanda 17, 18, 19 yaşlılar avropalı yaşıdlarından geri qalır. Sürət, texnika, intellekt baxımından geri qalırlar, bunu gizlətməyə dəyməz. Sadəcə, böyük futbola keçid baş vermədiyi üçün onların inkişafda dayanma yaranır. Bu fasilə onların milli komandaya da cəlb olunmasına mane ola bilir. Bir fakta nəzər salaq: ötən mövsümdən xeyli gənc oyunçunu həm əvəzedicilərin çempionatında izləyirdik, həm də elitada oynayanda görünürdü ki, premyer-liqada yeni nəsil oyunçular olaraq çıxmağa qadirdilər. Təbii ki, bu da baş verir. Ən azı istər “Neftçi”nin heyətində, istər “Qəbələ”nin heyətində, istərsə də “Sabah”ın heyətində bu oyunçular var. Sadəcə, məsələ nədi? Biz davamlı olaraq yüksək keyfiyyətli oyunçuların üzə çıxmasını istəyiriksə, bunu tək premyer-liqadakı limitlər bağlamamalıyıq. Yəni bu uşaqların “altyapı” dediyimiz futbol akademiyalarına, həmin akademiyalarda yetişmələrinə, hansı şəraitdə, hansı, proqram üzrə çalışmasına çox böyük önəm verilməlidi. Araşdırsaq, qeyd etdiyimiz klublardan birində, ikisində, maksimum üçündə oyunçuların qidalanmasından tutmuş onların düzgün məşq etdirilməsinə, düzgün fizioloji rejimlərinə riayət olunur, yəni müəyyən nəzarət var. Mentallıq da çox önəmlidi, müəyyən məqamlar var. Dünyanın hər yerində tətbiq olunan idmançının peşəkarlaşmasına yönəlmiş davranışlar var. Bu, onların qeyd etdiyim kimi, qidalanmasından tutmuş həyat tərzinə qədər hər bir şeyə təsir edir. Bunlar olmadıqca və tələb olunmadıqca, klubda intizam olmadıqca yüksək keyfiyyətli, istedadlı gənc oyunçuların elitaya inteqrasiyasından danışa bilmərik. Bu, çox çətin bir prosesdi. Azərbaycanda, demək olar ki, hər bir klubun qarşısında məqsəd durur. Üç-dörd klubun qarşısında duran məqsəd 1-ci liqaya düşməməkdi. Bu belə olmalı deyil. Aydın məsələdi ki, “Qarabağ”, “Sabah”, “Neftçi”, “Turan”, “Zirə” kimi klublar - yəni beşi avrokuboklar vəsiqə uğrunda mübarizə aparır. Yaxşı maliyyəsi olan, avrokuboklarda mübarizə apara biləcək komandalardı. İndiki durumda “İmişli”, ”Qəbələ”, “Kəpəz”, “Karvan-Yevlax” - bu dörd klub elitadan düşməmək uğrunda oynayır. Amma digər məsələ də azərbaycanlı gənc oyunçuya şans verib onu oynatmaqla ölkə futboluna oyunçu qazandırmaqdı. Yoxsa gənc və perspektivli, istedadlı uşaq varsa, oyunçu varsa, bunu bir az da yetişdirib, püxtələşdirib xaricə satmaq... Məncə, hazırkı durumda ikinci variant daha uyğun sayıla bilərdi. Amma yenə də çatışmayan cəhət odu ki, azərbaycanlı oyunçulara Avropada o qədər də tələbat yoxdu. Bizimkilər Şərqi Avropa ölkələrində, Rusiya, Belarus çempionatlarında oynaya, ora gedə bilərlər. Onda da başqa məsələlər ortaya çıxır - uşaqlarımızın, gənclərimizin dil problemi. Çoxunun rus və ingilis dillərində ünsiyyət qurmaq baxımından problemi var. Bilmirlər bu dilləri, yəni öz üzərlərində işləmirlər. Bunlar hamısı yekunda təsiredici amil olaraq, uşaqlarımızın daha çox yerli bazara yönəlməsini təmin edir və onlar da burada müəyyən bir maliyyə limitinə çatanda dayanırlar. Aylıq 1500-2500 manatı aşağı liqalarda belə qazana bilirlər. Onların hədəfləri artıq sıfırlanır. Avropa onlar üçün, sadəcə, turistik bir məkana çevrilir”.

MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Noyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri