Azərbaycan millisində qalmaqal: Hüseynlinin qovulmasının səbəbi bilindi
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Tanınmış qapıçı Rövşən Hüseynlinin futzal üzrə Azərbaycan millisindən kənarlaşdırılmasının təfərrüatı məlum olub.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, 34 yaşlı qolkiper yığmanın təlim-məşq toplanışında olduğu “Liv Bona Dea Arena”da qalmaq istəməyib.
O, məşqlərə evdən gəlib-getmək niyyətində olduğunu bildirib. Lakin baş məşqçi Vitali Borisov buna icazə verməyib.
Bununla belə, qapıçı “Olimpik Star”dakı məşqdən sonra “Liv Bona Dea Arena”ya dönmək əvəzinə şəxsi avtomobilinə minərək, evinə yollanıb.
Borisov bu gün Hüseynlinin intizamsızlığa yol verdiyini əsas götürərək, onu heyətdən kənarlaşdırıb. Azərbaycan Futzal Federasiyasının rəhbərliyi də baş məşqçinin qərarına müdaxilə etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 07 Aprel 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















