Azərbaycan millisinin baş məşqçisi: “Banqladeş millisinin üstün və zəif cəhətlərini bilirik”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Banqladeşdə olmaqdan çox məmnunuq”.
İdman.Biz xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Banqladeşin paytaxtı Dəkkədə təşkil olunan "FIFA Tri Nations Women"s Football Series 2025" turnirində ev sahibi komandaya qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, şansları dəyərləndirib: “Banqladeşdə olmaqdan çox məmnunuq. Sabahkı rəqibimizin Malayziya ilə ilk oyununu izləmişdik. Fikrimcə, Banqladeş yığması daha yaxşı çıxış etmişdi. Əllərinə düşən şansları dəyərləndirə bilsəydilər, ən azı heç-heçə edərdilər. Banqladeşlə Malayziya komandalarının oyun planı, demək olar ki, eynidir. Banqladeş millisinin üstün və zəif cəhətlərini bilirik. Hücum xəttində sürətli futbolçuları var. Bizimlə matçda sürətli əks-hücumlara üstünlük vermələrini gözləyirik. Bizə bu yolla problem yaratmağa çalışacaqlar. Ümid edirəm ki, hər iki komanda matçı izləməyə gələn azarkeşlərə baxımlı oyun nümayiş etdirə biləcək”.
Qeyd edək ki, millinin Banqladeşlə matçı sabah keçiriləcək. Azərbaycan millisi ilk görüşündə Malayziya yığmasına 2:0 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 01 Dekabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















