Haiti millisinin baş məşqçisi: Azərbaycan millisinin zəif və güclü tərəflərini bilirdik
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Haiti millisinin baş məşqçisi Stefan Minye Azərbaycanla(0:3) görüşdən sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o, Sumqayıtdakı görüşlə bağlı fikirlərini bildirib.
"Komandamın nümayiş etdirdiyi oyundan razı qaldım. Bilirdik ki, çətin matç olacaq. Ardıcıl olaraq 9-cu qələbəmizi əldə etdik. Tarixdə ilkdir. Üstəlik, Avropada ilk qalibiyyəti qazandıq. Azərbaycan yaxşı komandadır. Qalibiyyətə görə şadıq.
- Rəqibinizdən Avropa komandalarına xas hansısa xüsusiyyət gördüz?
- Fərqli atmosfer idi. Bu cür stadionda, atmosferdə komandamın necə oynayacağını maraqla gözləyirdim. Futbolçularım gözləntilərimi qarşılaya bildi.
- Yoldaşlıq görüşü üçün Haitidən Azərbaycana gəlmisiz. Başqa rəqib tapa bilmədiniz?
- FIFA pəncərəsi ilə bağlıdır. KONKAKAF turnirinə vəsiqə qazanmışıq. Bizim beş komanda ilə oynamaq şansımız oldu. İsveçrə, Azərbaycan, İrlandiya və digərləri. Azərbaycana müraciət etdik və müsbət cavab aldıq. Hər şey yaxşı idi.
- Azərbaycan millisininin ən zəif nöqtəsi hansı oldu?
- Biz Azərbaycan millisini təhlil etmişdik. Onların zəif və güclü tərəflərini bilirdik. Mən hər zaman öz komandama fokuslanıram. Rəqibə pressinq tətbiq etməyi bacardıq. Yaxşı da müdafiə olunduq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Mart 2025 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















