Azərbaycan millisinin baş məşqçisi: İdmançıların bəziləri olimpiadadan sonra istirahət etdilər
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İdmançıların bəziləri olimpiadadan sonra istirahət etdilər. Aralarında zədələrini sağaldanlar var. Ümid edirəm ki, Avropa çempionatından yaxşı nəticə ilə dönəcəyik".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman deyib.
"Ən azı iki qızıl medal hədəfləyirik. Bu, üç və ya dörd də ola bilər. Avropa çempionatına qitənin ən yaxşıları gələcəklər. Rusiyanın, Gürcüstanın və Fransanın da belə idmançıları var. Hər bir idmançını fərdi olaraq hazırlayırıq. Elcan Hacıyev gənc idmançıdır. Zədəsini yeni sağaldıb. O vaxt Avropa çempionu olması sürpriz deyildi. Bu dəfə Turan Bayramovdan və Ruslan Paşayevdən də qızıl medal gözləyirəm. Sürpriz edə bilərlər. Amma çətin olacağını bilirəm", - deyə məşqçi əlavə edib.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-dən 27-dək təşkil olunacaq.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 03 Aprel 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















