Azərbaycan millisinin baş məşqçisi: Komandamızda əhvali ruhiyyə yüksək səviyyədədir
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Dünya çempionatının Bakıda keçirilməsi böyük idman hadisəsidir".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan "Fan Zona"da jurnalistlərə açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.
"Belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsi çox sevindiricidir. Komandamızda əhvali-ruhiyyə yüksək səviyyədədir. Yarışa ciddi hazırlaşırıq. Yığmada taktiki-texniki cəhətdən müəyyən dəyişikliklər etmişik. İnanırıq ki, sonda hər şey bizim xeyrimizə olacaq. Əsas hədəfimiz qrupdan çıxmaqdır. Yalnız qrupdan çıxdıqdan sonra əsas hədəfə çatmağa çalışacağıq".
Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 15 May 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















