Rauf Əliyev: Millimiz İslandiya və Fransa ilə oyunlara yüksək əhvali ruhiyyə ilə çıxacaq
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 13 noyabr, AZƏRTAC
Son qarşılaşmalarda futbolçularımızda inam və istək onu göstərir ki, komandamız növbəti iki oyuna yüksək əhvali-ruhiyyə ilə çıxacaq və layiqli mübarizə aparacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev yığmanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya və Fransa kollektivlərinə qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
O, yığmamızın İslandiyadan xal alacağına inandığını bildirib: “Bildiyiniz kimi, Mahir Emreli, Elvin Cəfərquliyev kimi vacib futbolçularımız bugünkü matçda komandaya kömək edə bilməyəcəklər. Onların yoxluğu böyük itkidir. Lakin hazırda digər oyunçularımız da rəqibə qarşı mübarizə aparacaq gücdədirlər. Səfərdəki ilk görüşdə qeydə alınan 0:5 hesablı məğlubiyyəti unutmaq və bugünkü oyuna köklənmək lazımdır. Düzdür, İslandiya seçməsinin heyəti təcrübəli futbolçulardan ibarətdir. Buna baxmayaraq, xal götürmək şansımız da var. Çünki yeni baş məşqçi Ayxan Abbasov kollektivdə yaxşı ab-hava yaradıb. Bu da inamımızı bir qədər artırır”.
Keçmiş hücumçu 3 gün sonra Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa ilə keçiriləcək qarşılaşma ilə bağlı da fikirlərini bölüşüb: “Hər kəsə məlumdur ki, Fransa ilə görüşdə xal qazanmaq şansımız azdır. Bütün çətinliklərə və səviyyə fərqinə baxmayaraq, futbolçularımızın sonadək döyüşəcəklərinə inanıram”.
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı bu gün 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 13 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















