Azərbaycan millisinin sabiq futbolçusuna stop qoyuldu 7,8 min borca görə...
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın "Sabah", "Araz-Naxçıvan" və "Zirə" futbol klublarının keçmiş oyunçusu İldar Ələkbərovun ölkədən çıxışı məhdudlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb futbolçunun dövlət büdcəsinə 7 829,85 manat borcunun olmasıdır.
Borc ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraicət edərək İldar Ələkbərovun ölkədən çıxışına "stop" qoyulmasını xahiş edib. Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qurumun ərizəsini təmin edib.
Qeyd edək ki, İldar Ruslan oğlu Ələkbərov 2001-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində doğulub. 2019-2021-ci illərdə Rusiyanın "Stroqino" (Moskva) və "Nefteximik" Klublarında oynayıb. O, 2021-2025-ci illərdə Azərbaycanın "Sabah", "Araz-Naxçıvan" (icarə) və "Zirə" klublarında forma geyinib. 2025-ci ilin əvvəlində isə Qırğızıstanın "Alay" klubuna keçib.
İldar Ələkbərov 2021-ci ildə Azərbaycanın U-21 milisinə cəlb olunub və 9 oyunda bir qol vurub.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 11 Dekabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















