Azərbaycan millisinin sabiq futbolçusuna “Qəbələ”də iş verildi
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Qəbələ”nin məşqçilər korpusunda yeni təyinat gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, Amil Ağacanov “qırmızı-qaralar”ın qapıçılar üzrə məşqçisi olacaq. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Ağacanov futbolçu karyerası ərzində “Göyəzən” (2004-05), “Şüvəlan” (2005-06, 2011-13, 2015-16), “Turan” (2006-07), “Bakı” (2007), “Masallı” (2007-08), MOİK (2008), “Standard” (2008-09), “Muğan” (2009-11), “Simurq” (2013-15) və “Zaqatala” (2016-18) klublarında çıxış edib. O, 2004-05-ci illərdə Azərbaycanın U-21 yığmasının formasını geyinib.
Karyerasını bitirdikdən sonra Naxçıvan Futbol Federasiyasında fəaliyyətə başlayan sabiq qapıçı “Araz-Naxçıvan”da da çalışıb. O, klubun qapıçılar üzrə məşqçisi olub. Mütəxəssis “Qəbələ”yə təyinatına qədər Azərbaycanın U-18 yığmasının məşqçilər korpusunda yer alıb. Ağacanov qapıçılar üzrə məşqçilər üçün UEFA kurslarına rəhbərlik edən yerli təlimatçılardan biri kimi fəaliyyət göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 28 İyul 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















