Azərbaycan millisinin sabiq futzalçısı dörd oyunluq cəzalanıb
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsi "Neftçi" İK-də çıxış edən Azərbaycan millisinin sabiq futzalçısı Namiq Məmmədkərimovu 4 oyunluq cəzalandırıb. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna oyunçunun Yüksək Liqanın XVI turunda, "Şuşa" ilə matçda təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə alması səbəb olub.
"Ağ-qaralar"ın digər üzvü Emil Həsənzadə də eyni səbəbdən birbaşa qırmızı vərəqə alıb və 4 matç komandasına kömək edə bilməyəcək.
"Baku Fire"dən Elvin Quliyev "Araz-Naxçıvan"la qarşılaşmada söz və hərəkətlə etiraz səbəbindən ikinci sarı vərəqəni görüb və 1 oyunluq cəza alıb. O, meydançadan qovulandan sonra oyunun bərpasına mane olduğuna və görüş bitdikdə hakimləri təhqir etdiyinə görə 4 matçlıq da cəza alıb.
Baxış sayı:83
Bu xəbər 02 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















