Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Azərbaycan müstəqil siyasət yürüdən, güclü beynəlxalq mövqeləri olan dövlətdir

Azərbaycan müstəqil siyasət yürüdən, güclü beynəlxalq mövqeləri olan dövlətdir

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs Azərbaycanın kompleks inkişafını təmin etməklə yanaşı, həm də respublikamızı beynəlxalq münasibətlər sisteminin nüfuzlu subyektinə çevrilib. Təsadüfi deyil ki, artıq orta güc kimi tanınan Azərbaycan bu gün yalnız regionda deyil, qlobal müstəvidə baş verən proseslərdə, dünyanı narahat aktual məsələlərin həllində fəal iştirak edir.
Ölkəmizin Avropanın enerji xəritəsinə etdiyi dəyişikliklər, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr, bir neçə il əvvəl beynəlxalq ictimaiyyəti pandemiya ilə mübarizədə səfərbər etməsi deyilənlərin bariz nümunələridir. Bu baxımdan cənab Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı Çinin CGTN telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycanın qlobal proseslərdə fəal iştirakı və respublikamızın inkişafı ilə bağlı təəssüratları daha da gücləndirir.
Ümumiyyətlə Prezident İlham Əliyevin beynəlxalq tədbirlər zamanı müzakirə olunan məsələlərlə bağlı mövqeyi, hadisələrə baxışı, problemlərin həllinə dair yanaşmaları elə həmin tədbirlərin təşkilatçılarının və xarici KİV-lərin xüsusi diqqət mərkəzində olur. Çinin böyük tamaşaçı auditoriyası olan və dünyanın hər yerində yayım imkanına malik CGTN telekanalının dövlətimizin başçısından müsahibə alması da bunu təsdiq edir. Bu müsahibədə Prezident İlham Əliyevin jurnalistin suallarına verdiyi cavablar əslində Azərbaycanın yüksəlişinin və əldə etdiyi uğurların beynəlxalq müstəvidə növbəti təqdimatı idi.
Cənab İlham Əliyev müsahibədə bir sıra mühüm məsələlərlə bağlı fikirlərini bildirdi, dövlətimizin mövqeyini diqqətə çatdırdı. İlk növbədə onu qeyd etməliyik ki, möhtərəm Prezident bu müsahibədə Azərbaycanın müstəqil siyasət yürüdən, beynəlxalq siyasi arenada güclü mövqeləri olan dövlət olduğunu diqqətə çatdırdı. «Milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq» - deyən Prezident İlham Əliyev bunu real faktlarla əsaslandırdı. Müsahibədə toxunulan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutması, güclü və özünü təmin edən iqtisadiyyat qurması kimi vacib məqamlar əlbəttə ki, müstəqil və qətiyyətli siyasətin nəticələridir.
Azərbaycanın müstəqil siyasəti respublikamızın xarici siyasət kursunda da özünü yaxından göstərir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycanın Çin, Türk dövlətləri və Avropa İttifaqının üzvləri ilə əlaqələri barədə söylədiyi fikirlər ölkəmizin uğurlu xarici siyasət kursu ilə bağlı təsəvvürləri daha da möhkəmləndirir.
Müsahibə Çin televiziyasına verildiyi üçün dövlətimizin başçısı bu ölkə ilə əlaqələrdən xüsusi bəhs edib. Məlum olduğu kimi son illərdə Azərbaycanla Çin arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. İki dövlət arasında münasibətlərin daha da genişlənərək yeni müstəviyə qədəm qoymasında Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi böyük rol oynayır. Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verməsi, Orta dəhlizin inkişaf etdirilməsi çərçivəsində səmərəli əməkdaşlıq iki ölkənin siyasi-iqtisadi əlaqələrinin daha da dərinləşməsinə böyük təsir göstərir. 2024-cü ilin iyulunda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı  zamanı  Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanması ilə əlaqələri tamamilə yeni mərhələyə yüksəldib. Belə ki, hazırda Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq çərçivəsində inkişaf edir. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir.
Dövlət başçısı müsahibədə Azərbaycanla Çin arasında nəqliyyat dəhlizləri sahəsində formalaşmış möhkəm tərəfdaşlığın hazırki vəziyyətinə və gələcək hədəflərinə ətraflı toxundu. Bu sahədə uğurlu əməkdaşlığın nəticəsidir ki, Çindən göndərilməklə Azərbaycandan keçən yüklərin həcmində son illərdə böyük artım var. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi növbəti 5-6 ildə Çindən daha böyük həcmdə yükün qəbulu   gözlənilir və buna görə Azərbaycan hazırda dəniz ticarət limanı və dəmir yolu infrastrukturunun genişləndirilməsini həyata keçirir.
Eyni zamanda dövlətimizin başçısı iki ölkənin digər istiqamətlərdə perspektiv əməkdaşlığının da hansı məsələləri əhatə etdiyini açıqladı. Bildiyimiz kimi Çin son illərdə texnoloji inkişaf sahəsində böyük yol qət edib, heyrətamiz uğurlar əldə edib. Bu baxımdan Azərbaycanla Çin arasında həm də yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya sahəsində də yeni əməkdaşlıq əlaqələri yaranmaqdadır.
Çinlə yanaşı Avropa istiqaməti, Türk dövlətləri ilə əlaqələrin strateji müstəvidə inkişaf etdirilməsi də Azərbaycanın müstəqil xarici siyasət kursunun göstəricisidir. Azərbaycanla Avropa İttifaqının 10 üzvü arasında strateji tərəfdaşlıq bəyannaməsi mövcuddur. Eyni zamanda respublikamız Türkiyə, Özbəkistan və Rusiya ilə də müttəfiqlik bəyannamələri imzalayıb. Prezident İlham Əliyevin müsahibədə bildirdiyi kimi şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır:
«Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir». 
Bütövlükdə Prezident İlham Əliyevin müsahibədə toxunduğu məsələlərin hər biri respublikamızın beynəlxalq münasibələr sistemindəki iştirakının, dövlətimizin milli maraqlarının və inkişaf hədəflərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan sürətli inkişaf yolunda olan, qlobal məsələlərin müzakirəsində yaxından iştirak edən, dünyanın müxtəlif siyasi-iqtisadi qütbləri ilə fəal əməkdaşlıq həyata keçirən bir dövlətdir. Bütün bunlar həm də belə bir həqiqəti təsdiq edir ki, dövlətlərin yüksəlişində lider amili böyük rol oynayır. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi «Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır». Cəmi bir cümlədə yer alan böyük məna və məzmun Prezident İlham Əliyevin fəaliyyətində hər zaman özünü aydın şəkildə göstərib və xalqımız hər zaman öz liderinin ətrafında sıx səfərbər olub.
Ölkəmizin bugünkü bütün nailiyyətlərinin təməlində məhz cənab İlham Əliyevin lider qətiyyəti ilə həyata keçirdiyi siyasət dayanır. Azərbaycanın tərəqqisini və torpaqlarımızın işğaldan azad olunmasını təmin edən bu siyasət bundan sonra dövlətimizə və xalqımıza yeni nailiyyətlər bəxş edəcək.
Xanlar Fətiyev
Milli Məclisin deputatı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://missiya.az
archiveBu xəbər 14 Fevral 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri