Icma.az
close
up
RU
Azərbaycan müstəqil xarici siyasət yürüdən bir ölkədir

Azərbaycan müstəqil xarici siyasət yürüdən bir ölkədir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət başçısı İlham Əliyev müsahibəsində Azərbaycanın uğurlarına kölgə salmağa, rəsmi Bakının müstəqil siyasət yürütməsini gözü götürməyən və buna  mane olmağa çalışan dairələrdən də söhbət açmışdır. Ölkəmizin yaxın-uzaq qonşuları ilə münasibətlərində üzərinə düşən öhdəlikləri yerinə yetirəcəklərini diqqətə çatdırmışdır. Artıq 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin imzalanmasından sonra dünyanın əsaslı şəkildə dəyişməsinə baxmayaraq, rəsmi Bakı şimal qonşusu ilə yüksək səviyyəli münasibətlərinin güclənməsinə kömək edən istənilən addımları dəstəkləyirdi. Prezident İlham Əliyev müsahibəsində bu məqama xüsusi toxunaraq vurğuladı ki, dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi Azərbaycan-Rusiya əməkdaşlığının xarakterinə və formasına təsir göstərmədi.

Dövlət başçımız Prezident cənab İlham Əliyev rusiyalı jurnalist Dmitri Kiselyova verdiyi müsahibədə güclü və müstəqil Azərbaycanın dövləti başçısı kimi bugünkü dünyada və yaxın regiondakı geosiyasi vəziyyətin, həmçinin yaxın və uzaq keçmişdəki siyasi hadisələrin dərin təhlilinə əsaslanaraq ölkəmizin gələcək mövqeyini ortaya qoymaq baxımından bir  daha diqqətçəkən məqamlar ifadə etdi. Bu, ölkəmizin şimal qonşusu və sıx iqtisadi-mədəni əməkdaşlığı olmaqla yanaşı, həm də aralarında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanmış Rusiyanın gələcəkdə Azərbaycandan nə gözlədiyini bir daha bilmək baxımından da diqqəti cəlb edirdi. Rusiyalı jurnalistin “Azərbaycanla Rusiya arasında müttəfiqliyin nə demək olduğu?” – sualına dövlət başçımızın bir çox cəhətdən xarici siyasət prioritetləri üst-üstə düşən tarixən iki qonşu dövlətin müttəfiq olmasının da hər sahədə faydalı olacağını, Rusiyanı narahat edən məsələlərin eyni ilə Azərbaycan Respublikası üçün də aktual olduğunu bildirməsini burada xüsusilə qeyd etmək lazımdır. 

Daha sonra Azərbaycanın öhdəliklərindən danışan Prezident bildirib ki, biz üzərimizə düşən bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması – “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir.

Azərbaycan Prezidenti xüsusilə diqqətə çatdırıb ki, Ermənistanın Makron hökuməti tərəfindən öldürücü silahlarla təmin edilməsi ölkəmizin təhlükəsizliyinə ciddi təhdid yaradır. Eyni zamanda, ABŞ və Hindistanın Ermənistana hərbi dəstəyi regionda gərginliyi artıran amillər kimi diqqətə çatdırılır. Bu cür təhdidlər fonunda Azərbaycanın Ermənistanla sərhəd boyunca yerləşən bölgələrdə məskunlaşan keçmiş köçkünlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməsi qaçılmazdır. Sərhədin miqyasını və bölgənin strateji əhəmiyyətini nəzərə alaraq Azərbaycan üçün təhlükəsizlik məsələləri prioritet olaraq qalır.

Fransanın və digər anti-Azərbaycan siyasət yürüdən qüvvələrin Ermənistanı silahlandırması və ona siyasi dəstək verməsi vaxt itkisindən başqa bir iş deyil. Fransa kimi dövlətlər Cənubi Qafqaza nə qədər əl uzatsalar da, Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq arenada günü-gündən artan nüfuzu onu deməyə əsas verir ki, bu regionda marağı olan güclər mütləq Azərbaycanla hesablaşmalıdır

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Dekabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri