Icma.az
close
up
RU
Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə olduqca təlatümlü bir mərhələdən keçirdi ŞƏRH EDİLDİ

Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə olduqca təlatümlü bir mərhələdən keçirdi ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə olduqca təlatümlü bir mərhələdən keçirdi. Həmin illərdə ölkədə dərin bir xaos hökm sürürdü. Bu vəziyyətin formalaşmasında bir neçə mühüm amil rol oynayırdı: xarici təcavüz təhlükəsi və daxildəki siyasi anarxiya". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, müstəqillik əldə edildikdən sonra hakimiyyətə gələn siyasi komanda və idarəedici strukturların təcrübəsizliyi, reallıqları nəzərə almadan verilən bəyanatlar və atılan addımlar vəziyyətin daha da gərginləşməsinə səbəb oldu: "Bu xaos həm daxili, həm də xarici təzyiqlərin təsiri ilə dərinləşdi. Lakin Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkənin siyasi həyatında dönüş nöqtəsi baş verdi və dövlətçilik tarixində yeni bir mərhələ başlandı.

Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildikdən sonra dövlətin və xalqın taleyində yeni bir mərhələ başlandı. Həmin dövrdə yaranmış xaosun və xaricdən gələn təzyiqlərin qarşısını almaq üçün müəyyən zamana ehtiyac var idi. Bu mərhələdə radikal və düşünülmüş addımların atılması vacib idi. Təcrübəli idarəetmə nəticəsində daxili xaos mərhələli şəkildə aradan qaldırıldı.

Azərbaycan öz milli maraqlarını xarici güc mərkəzlərinin maraqları ilə uzlaşdıraraq siyasi sabitlik əldə etdi. Nəticədə stabil bir dövlət quruculuğuna başlanıldı. Bununla belə, həmin dövrün də özünəməxsus problemləri var idi. Qısa müddətdə tam əmin-amanlıq və firavanlıq yaratmaq mümkün deyildi, çünki bu, zaman və davamlı fəaliyyət tələb edən bir təkamül prosesi idi.

Bu prosesin uğurla həyata keçirilməsində əsas amil düzgün və məqsədyönlü dövlət siyasəti oldu. Nəticədə, Heydər Əliyevin apardığı qətiyyətli siyasət uğur qazandı və bu siyasi kursun davamı olaraq İlham Əliyevin hakimiyyətə gəlməsi mövcud problemlərin köklü şəkildə həllinə imkan yaratdı".

Politoloq həmçinin qeyd edib ki, iyunun 15-də Heydər Əliyevin parlamentə qayıdışı və bu hadisənin “Qurtuluş Günü” kimi qeyd olunması məhz həmin dövrdən etibarən başlayır: "Bu tarixi mərhələ ölkədəki xaosun, anarxiyanın və reallığa uyğun olmayan idarəçilik yanaşmalarının aradan qaldırılması ilə səciyyələnir. Əgər o dövrdə yaranmış xaos aradan qaldırılmasaydı, Azərbaycanın dövlətçiliyi ciddi təhlükə altına düşə bilərdi.

Belə bir vəziyyətdə ölkənin xilası üçün yeni, güclü və təcrübəli bir liderə ehtiyac var idi. Bu ehtiyacı məhz Heydər Əliyev qarşıladı. Onun zəngin siyasi və dövlətçilik təcrübəsi, reallıqları düzgün qiymətləndirmək bacarığı, daxili və xarici təzyiqlərə qarşı prinsipial və qətiyyətli mövqeyi Azərbaycanın taleyində həlledici rol oynadı. Məhz bu amillər sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxlaya, sabitlik və inkişaf yoluna qədəm qoya bildi.

Təbii ki, bu hadisələr Azərbaycanın gələcək taleyində xüsusi əhəmiyyət kəsb edir. Əgər o dövrdə mövcud xaos və anarxiya aradan qaldırılmasaydı, Azərbaycanın dövlət kimi mövcudluğu sual altına düşə bilərdi. Şübhəsiz ki, bu, tarixi bir proses idi və belə proseslərdə şəxsiyyətin rolu həlledici olur. Tarixi proseslərdə lider şəxsiyyət hadisələrin inkişafını ya sürətləndirə, ya da ləngidə bilər".

Eyni zamanda o qeyd edib ki, bu baxımdan Heydər Əliyevin apardığı siyasətə bu günün prizmasından baxdıqda, onun uzaqgörənliyini və strateji yanaşmasını daha aydın görmək mümkündür: "Bu siyasətin davamı olaraq bu gün Azərbaycan öz torpaqlarını azad edib, məcburi köçkünlərin geri qayıdışı təmin olunur, ölkənin beynəlxalq nüfuzu durmadan artır. Eyni zamanda, Türk dövlətlərinin birliyi istiqamətində atılan addımlarda da Azərbaycan aparıcı, lokomotiv rolunu oynayır.

Azərbaycanın müasir tarixində Qurtuluş Günü – 15 İyun, təkcə ölkənin daxilində sabitliyin və dövlətçiliyin bərqərar olunması ilə deyil, həm də daha geniş coğrafiyada – Türk dünyasında inteqrasiya proseslərinin əsasının qoyulması ilə əhəmiyyətlidir. Əgər həmin dövrdə anarxiya aradan qaldırılmasaydı və Qurtuluş prosesi baş verməsəydi, bu gün həm Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, həm də Türk dövlətlərinin bir araya gəlməsi real olmazdı.

Bu gün Türk Dövlətləri Təşkilatının lokomotivi kimi çıxış edən Azərbaycan məhz o tarixi dönüş nöqtəsindən – Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra bu rolu öz üzərinə götürə bildi. İlham Əliyevin liderliyində bu siyasət uğurla davam etdirilir və regionda Azərbaycan həm siyasi, həm iqtisadi, həm də mədəni inteqrasiyada aparıcı mövqeyə sahibdir.

Bu baxımdan, Qurtuluş Günü yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün də tarixi əhəmiyyətə malikdir. Bu günün qeyd olunması təkcə milli deyil, həm də ümumtürk dəyərlərinin təntənəsidir. Çünki əgər o dövrdə bu dönüş baş verməsəydi, Azərbaycanın dövlət müstəqilliyi sual altında ola bilərdi və bu da Türk dünyasının bütövlüyündə ciddi boşluq yarada bilərdi"- deyə politoloq əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri