Icma.az
close
up
RU
Azərbaycan NATO da üzvlüklə bağlı heç vaxt nə açıq, nə gizli niyyətdə olmayıb

Azərbaycan NATO da üzvlüklə bağlı heç vaxt nə açıq, nə gizli niyyətdə olmayıb

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya mətbuatında, həmçinin bir sıra siyasətçiləri tərəfindən Cənubi Qafqazdakı proseslər Qərbin təsirləri prizmasından təhlil edilməkdə, o cümlədən Azərbaycanın NATO-ya daxil olması və ölkəmizdə Türkiyə hərbi bazasının qurulması barədə ehtimallar səsləndirilməkdədir. Lakin, səsləndirilən bu iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Belə ki, Azərbaycan 1994-cü ildən bəri “sülh naminə tərəfdaşlıq” etdiyi NATO-da üzvlüklə bağlı heç vaxt nə açıq, nə gizli niyyətdə olmayıb. Türkiyənin hərbi bazasının isə Azərbaycanda qurulmasına ehtiyacımız yoxdur, 15 iyun 2021-ci il tarixli Şuşa bəyannaməsi iki qardaş ölkənin hərbi-siyasi birliyinin ən yüksək səviyyədə ifadəsidir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Türkiyə və Azərbaycan istəsə, gələcəkdə əməkdaşlıqlarını yeni coğrafiyalara proyeksiya edərək Suriyada, lap elə Ermənistanda birgə hərbi-iqtisadi bazalar qurarlar.

Şəhla Cəlilzadə

“Rusiya sadəcə olaraq daima “arxa bağçası” olaraq gördüyü ərazidə müzəffər Ali Baş Komandanın müstəqil, suveren xarici siyasətini qəbul etmək istəmir. Rusiyanın Azərbaycanla “təyyarə qəzası”, kiberhücumlar, siyasətçilərinin dili və media müstəvisində tənqid-təhqir kampaniyaları və ən son Azərbaycan diasporuna qarşı qeyri-qanuni davranışları ilə gərginliyi pik həddə çatdırdığı bir vaxtda ölkəmizin Ermənistanla vasitəçisiz (o cümlədən Rusiyasız) sülh danışıqları aparması, Zəngəzur dəhlizinin açılmasını Rusiyasız müzakirə etməsi, Qazaxıstanla birgə keçirdiyimiz “Tərlan-2025” hərbi təlimləri, Türkiyə ilə birgə Suriyanın yenidən qurulmasında, başqa ifadə ilə Yaxın Şərqin yenidən dizaynında Azərbaycanın xüsusi təyinatlı rol üstlənməsi, Suriyanın, o cümlədən Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yeni rol alması ilə bağlı danışıqların yeni intensiv mərhələyə daxil olması – bütün bunlar Rusiya üçün həm anlaşılmaz, həm də eyni dərəcədə qəbuledilməzdir. Odur ki, Rusiya, bütün bunların arxasında “gözəgörünməz əllər” axtarır. Gah Azərbaycanı Türkiyənin “proksi-gücü” adlandıraraq Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında iştirak etməkdə, gah da Qərbin daha böyük bir planı – Rusiyanın Avrasiyada, o cümlədən Mərkəzi Asiyada sıxışdırılmasında Azərbaycanın rol oynadığını irəli sürməkdədir”-deyən politoloq bildirib ki, bütün bunlar məğlubedilməz imperiya hesab etdikləri, əslində bütün cəbhələrdə bir-bir məğlub olmaqda olan imperiyanın məhv olma sancılarıdır.

“Azərbaycan sadəcə olaraq zamanı doğru qiymətlənədirərək milli maraqları kontekstində strateji addımlar atır. Azərbaycanın addımları birbaşa olaraq Rusiyaya qarşı yönəlməyib, özündə yeni regional geosiyasət quruculuğunu ehtiva edir. Bu, Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Azərbaycanın sadəcə ərazi baxımından deyil, siyasi çəki baxımından da böyüdüyünün göstəricisidir”-deyə Şəhla Cəlilzadə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 İyul 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri