Zelenski NATO ya üzvlüklə bağlı Qərbə açıq mesaj verdi
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ölkəsinin NATO-ya üzv qəbul edilməsi təhlükəsizlik zəmanətləri baxımından daha təsirli ola bilər.
Turkustan.az xəbər verir ki, Zelenski Berlində keçirilən NATO Parlament Assambleyasının (NATO PA) Baş Assambleyasında videokonfrans vasitəsilə çıxış edib. O, bu barədə sosial media hesabında paylaşım edib.
Ukraynaya NATO müqaviləsinin 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi ehtimalına toxunan Zelenski bunun əvəzinə ölkənin birbaşa alyansa qəbul edilməsinin daha məqsədəuyğun olub-olmadığını sual edib.
“Əgər müharibədən sonrakı dinc həyatın əsas şərtlərindən birinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri olduğu artıq hamı tərəfindən qəbul edilirsə və bəziləri bunu bu gün ‘5-ci maddə’ adlandırırsa, onda niyə çoxlarının düşündüyünü açıq və ucadan demirik? Ukraynanın NATO-ya qəbul edilməsi daha təsirli olmazdımı? Hamımız, hər kəs üçün daha yaxşı olmazdımı?” – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti, həmçinin ölkəsinə yenidən hücum olacağı təqdirdə müttəfiqlərin hansı addımları atacağı ilə bağlı bir sıra suallar səsləndirib.
“Əgər Ukraynaya yenidən hücum edilərsə, hansı ölkələr bizi dəstəkləyəcək? Müttəfiqlər konkret olaraq nə edəcəklər? Ərazimizə hansı qoşunlar yerləşdiriləcək? Bütün bunlar nə qədər başa gələcək? Bu mexanizm həqiqətən işləyəcəkmi?” – deyə o qeyd edib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 24 Noyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















