Icma.az
close
up
RU
Azərbaycan NATO üzvü olur..?

Azərbaycan NATO üzvü olur..?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya Soyuq Müharibənin köhnə paradiqmalarını çoxdan arxada qoyub. Lakin təhlükəsizlik arxitekturası hələ də 1949-cu ildə qurulan NATO-nun ətrafında formalaşır. Qlobal güc balansı dəyişsə də, kollektiv təhlükəsizlik modeli baxımından NATO-nun alternativi yoxdur. Bu format texnoloji üstünlük, maliyyə gücü və siyasi birliyin təmin etdiyi legitimliklə izah olunur. Deyə bilərik ki, indi NATO dünyada qlobal təsir mexanizminin özəyidir.
ABŞ və Avropa ölkələrinin müdafiə strategiyaları, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra NATO-nun həm də siyasi ittifaq kimi rolunu gücləndirib. 

Son illərdə alyansın genişlənməsi demək olar ki, tam Avropanı əhatə edib. Keçmiş sosialist düşərgəsinə daxil olan ölkələr, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Baltikyanı respublikalar NATO-nun tamhüquqlu üzvləridir.

İndi növbə keçmiş SSRİ respublikalarına çatıb. Gürcüstan 2008-ci ildən bəri NATO qapısının kandarındadır, Ermənistan Qərblə yeni dialoqa başlayıb, Ukrayna isə faktiki olaraq NATO ilə birgə hərbi əməliyyatlar səviyyəsinə qədər inteqrasiya edib.

Hazırda Alyansın diqqəti artıq Mərkəzi Asiyaya və Cənubi Qafqaza yönəlib.

Bu proses Rusiyanın ətrafında daralan təhlükəsizlik dairəsini daha da sərtləşdirir. Gürcüstan, Ukrayna, Moldova, hətta Qazaxıstanın Qərblə əməkdaşlıq formatları Moskvanı təcrid edir. Hətta ötən gün Moskvada qeyri-rəsmi Rusiya Qazaxıstan danışıqlarına da təhlilçilər bu kontektsdən baxırlar. Çinin də dünyada ən üstünlük verdiyi ölkə kimi Qazaxıstanı tutması Rusiya üçün heç arzuolunan deyil.

Belarus hələ tərəddüdlüdür, lakin orada da ictimai fikrin bir hissəsi artıq Avropa ilə yaxınlaşmanı dəstəkləyir.

Bu vəziyyətdə Kremlin qarşısında qalan son ironiya belə səslənə bilər: “NATO-ya üzv olmaqdan başqa çarə qalmayıb”. Çünki hərbi, iqtisadi və diplomatik cəbhələrdə Rusiyanın alternativ müttəfiq formulu işləmir. Daha doğrusu Rusiya müttəfiq ola bilmir. Bunun son nümunəsi İsrail İran qarşıdurmasında Rusiyanın tutduğu mövqedir.

NATO-nun genişlənməsi təkcə Avropaya aid məsələ deyil. Çin bu tendensiyanı özünün “qlobal çevrələnməsi” kimi qəbul edir. Alyansın Asiya-Sakit okean regionunda Avstraliya, Yaponiya, Cənubi Koreya ilə əməkdaşlığı Pekini narahat edir. Çin iqtisadi hegemonluğunu qorumaq üçün hərbi ekspansiyadan çəkinir, amma diplomatik reaksiyaları sərtləşdirir.

Hindistan isə balans siyasətini qorumağa çalışır. Bir tərəfdən Qərblə, o cümlədən ABŞ və NATO ilə texnoloji əməkdaşlıq qurur, digər tərəfdən Rusiya ilə tarixi enerji və silah əlaqələrini kəsmir. Lakin Hindistan da başa düşür ki, gələcək təhlükəsizlik sistemində NATO-nun standartları və texnologiyaları üstünlük təşkil edəcək.
Azərbaycan NATO üzvü deyil, lakin alyansın ən aktiv tərəfdaş ölkələrindən biridir. Bakı 1994-cü ildən “Sülh Naminə Tərəfdaşlıq” proqramının iştirakçısıdır və hər il NATO-nun birgə təlimlərində iştirak edir. Bu əməkdaşlıq indi yeni mərhələyə keçib:

Bu məsələdə Türkiyə faktoru da var. Azərbaycanın strateji müttəfiqi və qardaş dövləti olan Türkiyə NATO-nun tamhüquqlu üzvüdür. Bu, Bakıya NATO ilə əlaqələrdə unikal üstünlük verir.

Digər məqam regional sabitliklə bağlıdır. Qarabağ müharibəsindən sonra regionda yeni güc balansı formalaşıb və NATO elçilərinin Azərbaycana səfərləri bu balansda Qərbin marağının artdığını göstərir.

Enerji təhlükəsizliyinin də bu istiqamətdə xüsusi payı var. Avropanın enerji təchizatında Azərbaycan qazı mühüm əhəmiyyət kəsb edir, bu da NATO-nun strateji maraqlarına uyğun gəlir.

44 günlük savaşdan sonra NATO gördü ki, Azərbaycanın çox güclü ordusu var. Bu ordu Alyansın çox diqqətini çəkir.

Görünən odur ki, siyasi konfiqurasiyanı bu şəkildə quran Bakı hələ heç bir məsələdə təlsəmir. Azərbaycan üçün əsas məsələ siyasi neytrallıqla Qərb inteqrasiyasını balanslaşdırmaqdır. NATO ilə yaxınlaşma Bakıya beynəlxalq təhlükəsizlik zəmanəti verə bilər. Amma rəsmi Bakı onun da fərqindədir ki, bu addım Moskva ilə münasibətləri gərginləşdirə bilər. Odur ki, dünya siyasətini öz milli maraqlarına uyğunlaşdıran Azərbaycan balanslaşdırılmış addımlarda israrlı görünür.

Bir gerçəklikdə var ki, bizim istəyimizdən asılı olmayaraq dünya artıq çoxqütblü hərb görkəmini itirir. Yenidən təkqütblü NATO orbitinə qayıdır. Rusiya öz sərhədlərində müdafiə xəttini əldən verir, Çin iqtisadi qüdrətinə baxmayaraq, strateji təcrid riski ilə üz-üzədir. Hindistan isə hələ balans axtarışındadır.

Cənubi Qafqaz üçün tarixi fürsət doğur. Təhlükəsizlik, texnoloji tərəqqi və iqtisadi inteqrasiyada Qərblə eyni masa arxasında oturmaq imkanı yaranır. Doğrudur, Qərbin də maraqları çox vaxt üzdə xoşbəxtlik, pərdə arxasında bədbəxtliklər gətirir. Təbii ki, bunun təhlükəli oyun və çox vaxt uduzmağının səbəbi olduğunu Qərb özü də yaxşı anlayır. Eyni zamanda dünya dövlətləri artıq Qərb sevgisi ilə Rusiya ayılığını az qala eyniləşdirirlər. Trampım son gedişləri bu kimi məqamlardan yanadır və gerçəkliklərin yaratdığı fürsətdən mümkün qədər qazanmaq istəyir. Bu isə onu deməyə əsas verir ki, Amerikanın nəzarəti ilə işləyən NATO sıralarında yeni üzv ölkələr görməkdə maraqlıdır. 

Hadisələrin gedişi onu göstərir ki, NATO Mərkəzi Asiya və Qafqazda gəlməkdə çox maraqlıdır. 

Elnur ƏMİROV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri