Icma.az
close
up
RU
Rusiya NATO üzvü olsaydı...

Rusiya NATO üzvü olsaydı...

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

"Rusiya Prezidenti Vladimir Putin “Valday” konfransında dünənki çıxışında Ukraynaya qarşı müharibə mövzusunda qısa danışmağa üstünlük verib, bircə onu deyib ki, “ordumuz bütün istiqamətlərdə irəliləyir”. Aydındır ki, Putin bu irəliləmənin ölkəsi üçün hansı itkilər hesabına başa gəlməsi mövzusundan yan keçib. Müharibəyə başlama əmrini verən Kreml sahibi onu necə yekunlaşdıracağını bilmir. Vladimir Putin gələn ilin fevralında 4-cü ili tamam olacaq müharibəni davam etdirməkdən başqa alternativ görmür".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Putin Qərbin dünyada hegemonlğunun başa çatdığı haqqında danışaraq meydan oxuyub: "Putin Qərbin dünyada hegemonlğunun başa çatdığını vurğulayıb. "ABŞ artıq tək hakim deyil, Qərbin hökmranlıq dövrü bitdi, indi Asiya dövrüdür. Birqütblü dünya sona yaxınlaşır” deyən Putin buna misal olaraq Rusiyanın müxtəlif dövlətlərlə formalaşdırdığı təşkilatları göstərib. Putin amerikalı həmkarı Donald Trampın ünvanına xoş sözlər desə də, Ağ Ev sahibinə onun adını çəkmədən belə bir mesaj göndərib: “NATO bizi ‘kağız pələngi’ adlandırırsa, bəs niyə bizi hələ də məğlub edə bilmir?” Əslində həmin ifadəni NATO rəhbərliyi deyil, Donald Tramp səsləndirib.

Putinin ABŞ və NATO rəhbərliyinə xatırlatması da olub: “2000-ci ldə ABŞ-ın keçmiş Prezidenti Bill Klintona təklif etdim ki, Rusiyanı NATO-ya üzv qəbul etsinlər, o əvvəlcə razılaşdı, sonra müşavirlərinin məsləhətlərini dinləyərək fikrindən vaz keçdi”. Putin bu məsələni ilk dəfə deyil xatırlayır. Görünür, Putin bununla demək istəyir ki, onun təklifi reallaşaraq Rusiya NATO-ya üzv qəbul olunsaydı beynəlxalq aləmdə indiki gərginlik olmazdı. Həqiqətən Rusiya Putinin təklifi ilə 2000-ci illərin başlanğıcında NATO-ya üzv qəbul olunsaydı, indiki gərginlik olardımı? Putin bu təklifi səsləndirmədən əvvəl ikinci Çeçenistan müharibəsinə başlamışdı, nəticədə silahlı qruplarla yanaşı minlərlə mülki insan həlak olmuşdu. Yəqin NATO üzvləri düşünüblər ki, Rusiyanın Şimali Atlantika Blokuna üzvlüyü Kremli daxili və xarici müharibələrdən çəkindirməyəcək. Misal üçün Rusiya NATO üzvü olsaydı belə 2008-ci ildə Gürcüstanla müharibə, o cümlədən 2014-cü ildə Krımı ilhaq etməyəcəyini və 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamayacağını söyləmək çətindir. NATO-da qərarlar konsensusla qəbul olunur. Rusiya ümumi qərarlara tabe olacaqdımı? Əksinə Rusiya NATO üzvü olduqdan sonra blok içərisində tərəfdar qrupu formalaşdırmağa çalışacaq, bu isə təşkilatın içərisindən dağılmasını sürətləndirəcəkdi. Buna görə də Klitonun müşavirləri Putin “yox” cavabı verməyi məsləhət biliblər".

Seymur,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sitat.info
archiveBu xəbər 03 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri