Azərbaycan nefti rekorda doğru Qiymət görün neçə dolları keçdi
Icma.az, Milli.az saytına istinadən bildirir.
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,72 ABŞ dolları və ya 2,67 faiz artaraq bir barel üçün 104,40 ABŞ dolları təşkil edib.
Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin FOB bazasında bir barelinin qiyməti 2,72 dollar və ya 2,74 faiz bahalaşaraq 101,98 dollar olub.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,28 dollar və ya 4,45 faiz artaraq bir barel üçün 77,03 dollara çatıb.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 3,76 dollar və ya 3,86 faiz artaraq bir barel üçün 101,24 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
Milli.Az
Baxış sayı:145
Bu xəbər 04 İyun 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















