Icma.az
close
up
RU
Azərbaycan niyə bu dəyişikliyə gedir?

Azərbaycan niyə bu dəyişikliyə gedir?

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bunu Ölkə.az-a açıqlamasında “Neuro Academy” Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva deyib.

O qeyd edib ki, inkişaf mərhələsində olan psixika hələ tam formalaşmadığı üçün xarici təsirlərə daha həssas reaksiya verir və gördüyü informasiyanı daha az filtrasiya olunmuş şəkildə qəbul edir. Mütəxəssisin sözlərinə görə, bu sahədə geniş tədqiqatlar aparılıb: 

"Araşdırmalar göstərir ki, sosial mediada təqdim olunan davranış modelləri, eləcə də “fenomen” statusu qazanmış şəxslərin normadan kənar və ya qeyri-etik davranışları gənclərin dəyərlər sisteminə və sosial normaları qavrama tərzinə təsir göstərə bilər. Uşaqlar və yeniyetmələr müşahidə etdikləri davranışları tez mənimsəməyə və onları daxili norma kimi qəbul etməyə meyilli olduqları üçün, bu cür nümunələr davranış formalaşmasına yanlış istiqamət verə və real həyat davranış standartlarının deformasiyasına səbəb ola bilər".

Nuriyyə Quliyeva vurğulayıb ki, bundan əlavə, sosial şəbəkələrdə anonimlik faktoru və identifikasiyanın çətinliyi müxtəlif riskli interaksiyaların yaranmasına şərait yaradır. Klinik psixoloq bildirib ki, bu mühitdə emosional manipulyasiya, psixoloji təzyiq, hədə-qorxu, kibertəhlükə və məqsədli təsir cəhdləri mümkündür.

"Bu halların davamlılığı uşaqlarda təhlükəsizlik hissinin zəifləməsinə, narahatlıq səviyyəsinin artmasına və ümumi psixoloji rifahın pozulmasına gətirib çıxara bilər", - o diqqətə çatdırıb.

“Neuro Academy”nin rəhbəri deyib ki, eyni zamanda sosial mediada yayılan həssas məzmun – intihar xəbərləri, ölüm hadisələri, zorakılıq və ağır cinayətlərlə bağlı materiallar, eləcə də məktəbli hücumları kimi travmatik hadisələr – uşaqların və yeniyetmələrin emosional tənzimləmə sisteminə ciddi təsir göstərə bilir. 

"İnkişaf edən psixika bu tip məlumatları bəzən emosional filtr olmadan qəbul edir və bu da qorxu, təşviş, daxili gərginlik və emosional stabilitenin pozulması ilə nəticələnə bilər. Daha riskli hallarda isə aqressiv davranışların artması, empati qabiliyyətinin zəifləməsi və davranış nəzarətində çətinliklər müşahidə oluna bilər. Sosial öyrənmə nəzəriyyəsinə əsasən, bəzi fərdlərdə bu cür davranışların “model davranış” kimi mənimsənilməsi ehtimalı da mövcuddur".

N.Quliyeva bu səbəbdən sosial medianın istifadəsi zamanı psixoloji risklərin azaldılması üçün kompleks yanaşmanı zəruri sayır:  

"Buraya yaşa uyğun məzmun filtrasiya sistemlərinin tətbiqi, istifadə müddətinin tənzimlənməsi, valideyn nəzarətinin gücləndirilməsi və məktəb mühitində rəqəmsal savadlılığın artırılması daxildir. Eyni zamanda uşaqlara tənqidi düşünmə bacarıqlarının aşılanması onların gördükləri informasiyanı daha sağlam şəkildə analiz etməsinə imkan yaradır".

Klinik psixoloq bildirib ki, nəticə etibarilə, sosial media düzgün tənzimlənmədikdə psixoloji və davranış riskləri yarada bilən mühit kimi çıxış edir, lakin adekvat nəzarət mexanizmləri, maarifləndirmə və psixoloji müdaxilə strategiyaları ilə bu təsirlər minimuma endirilə bilər.

"Məhz bu səbəbdən qanunvericilikdə aparılan dəyişikliklər uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsinə yönəlmişdir. Bu yanaşma sosial medianın risklərindən qorunma, psixoloji rifahın təmin olunması və yaşa uyğun məzmun mühitinin formalaşdırılması məqsədini daşıyır. Eyni zamanda, bu dəyişikliklər yalnız məhdudlaşdırıcı deyil, preventiv xarakter daşıyır, yəni məqsəd qadağa tətbiq etmək deyil, erkən yaşlardan etibarən təhlükəsiz istifadə mədəniyyətini formalaşdırmaq və valideyn məsuliyyətini gücləndirməkdir", - Nuriyyə Quliyeva deyib.

Qeyd edək ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə şəxsi hesab açması qadağan edilir, 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı tələb olunur. Eyni zamanda platformaların istifadəçi yaşını yoxlaması, manipulyativ alqoritmlərin (sonsuz "scroll", avtomatik video oynatma və s.) yeniyetmələr üçün məhdudlaşdırılması, şəxsi məlumatların kommersiya məqsədilə istifadəsinin qadağan olunması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 İyul 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri