Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti Astanada innovativ layihələr təqdim edib

Azərbaycan nümayəndə heyəti Astanada innovativ layihələr təqdim edib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Astana, 20 noyabr, AZƏRTAC

Azərbaycan nümayəndə heyəti Astana şəhərində keçirilən “MDB üçün 100 ideya” adlı beynəlxalq layihələr müsabiqəsində ölkəmizi uğurla təmsil edir.

Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov məlumat verib. Nazirlik rəsmisinin sözlərinə görə, bu il müsabiqədə ölkəmizi gənclər və məktəblilərdən ibarət 10 nəfərlik nümayəndə heyəti təmsil edir. “İştirakçılar dörd müxtəlif istiqamət üzrə layihələr təqdim ediblər”, – deyə o bildirib. Elşən Hüseynov qeyd edib ki, təqdim olunan layihələr bir-birindən fərqli və maraqlı məzmunu ilə seçilir.

“İştirakçı gənclər bundan əvvəl həm ölkə daxilində, həm də xaricdə beynəlxalq layihələrdə fəal iştirak ediblər. Layihələr arasında xüsusilə tibb və İT sahələri üzrə təqdim olunan işlər diqqət çəkir. Bundan əlavə, təbiətşünaslıqla bağlı mövzu da layihələr arasında əsas yer tutur. Dünyada bu sahəyə marağın artdığını nəzərə alan Azərbaycan gəncləri ekoloji problemlərə xüsusi önəm verib və buna uyğun maraqlı ideyalar təqdim ediblər”, – deyə o vurğulayıb.

Sektor müdirinin sözlərinə görə, bəzi layihələrin patent almaq potensialı var. “Bu ideyalar gələcəkdə ölkəmizin müxtəlif sahələrində tətbiq oluna, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanıdılmasına töhfə verə bilər. Layihələr elmi araşdırmaların inkişafına təkan verə biləcək səviyyədədir”.

O, şagirdlərimizin müsabiqədə yüksək nəticələr əldə edəcəklərinə və gələcəkdə də bu cür layihələrdə fəal iştiraklarını davam etdirəcəklərinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, müsabiqənin məqsədi MDB məkanında gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Azərbaycan nümayəndə heyəti müsabiqədə Azərbaycan Elm və Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə təmsil olunur.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri