Astanada Azərbaycan mədəniyyəti və qastronomiyası təqdim olunub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Astana, 28 aprel, AZƏRTAC
Astanada Azərbaycan mədəniyyətinə, qastronomiyasına və ənənələrinə həsr olunmuş gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyinin dəstəyi ilə baş tutub.
Qonaqlar arasında diplomatik korpusun, xarici ölkələrin, beynəlxalq təşkilatların, həmçinin dövlət qurumlarının nümayəndələri yer alıblar.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, gecənin keçirilməsi təşəbbüsü ölkəmizin mədəniyyəti və ənənələrinin tanıdılması istiqamətində aparılan iş çərçivəsində diplomatik nümayəndəlik tərəfindən dəstəklənib.
Tədbir çərçivəsində qonaqlara Azərbaycan milli mətbəxinin və şərablarının nümunələri təqdim olunub. Həmçinin Azərbaycanın milli rəqslərinin ifa olunduğu musiqi proqramı təşkil edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 Aprel 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















