Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti İƏT in Yüksək Səviyyəli Ekspert görüşündə iştirak edib

Azərbaycan nümayəndə heyəti İƏT in Yüksək Səviyyəli Ekspert görüşündə iştirak edib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Qətərin Doha şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər çərçivəsində Ərzaq Təhlükəsizliyi Ehtiyat Sisteminin (ƏTES) yaradılması, bunun üçün strateji kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi və “2026-2035-ci illər üzrə Ərzaq Təhlükəsizliyi üzrə Strateji Plan” (Strateji Plan) layihəsinin müzakirəsi məqsədilə Yüksək Səviyyəli Ekspert görüşü keçirilib. Beynəlxalq tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi üzrə növbəti İƏT Nazirlər Konfransı zamanı müzakirə ediləcək məsələlərin müəyyənləşdirilməsi və təhlili, eləcə də mövqelərin formalaşdırılması üçün hazırlıq iclası xarakteri daşıyıb.

İƏT-ə üzv dövlətlər arasında ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyən görüşdə ƏTES-in yaradılması və bununla əlaqədar müəyyən edilmiş strateji kənd təsərrüfatı məhsullarının (buğda, çəltik və kassava) ehtiyat sistemlərinin inkişaf etdirilməsi üzrə Müvəqqəti İcra Komitəsinin (MİK) təsis edilməsi, bu istiqamətdə qarşıya qoyulan məqsəd və hədəflər, mövcud çətinliklər və onların həlli yolları, bilik və bacarıqların artırılması təşəbbüslərinin genişləndirilməsi müzakirə edilib. Həmçinin İƏT-ə üzv ölkələr arasında daxili ticarətin gücləndirilməsi strategiyalarının müəyyən edilməsi, dayanıqlı kənd təsərrüfatı təcrübələrinin və aqrobizneslərin genişləndirilməsi, ticarət məhdudiyyətlərinin azaldılması, standartların uyğunlaşdırılması, regional təchizat zəncirlərinin inkişaf etdirilməsi, kənd təsərrüfatı dəyər zəncirləri üzrə investisiya imkanlarının müəyyənləşdirilməsi ilə bağlı məsələlər də gündəmdə olub.

Tədbirdə Strateji Planın mövcud ərzaq təhlükəsizliyi problemləri ilə əlaqələndirilməsi, strateji hədəflərin qəbul edilməsi, ünvanlı intervensiyalar üçün prioritet sahələrin, Strateji Plan üzrə praktiki yanaşmalar və institusional mexanizmlərin, monitorinq və qiymətləndirmə alət və metodlarının, maliyyələşmə imkanlarının, o cümlədən İslam İnkişaf Bankı (İİB), milli və regional mənbələr, İslam maliyyələşmə alətlərinin müəyyən edilməsi, həmçinin Strateji Plan çərçivəsində əsas alət kimi çıxış edən müqaviləli kənd təsərrüfatı və bu sahədə ən yaxşı təcrübələr və siyasi mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.

Yüksək Səviyyəli Ekspert görüşündə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin rəhbəri ölkəmizdə ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, mövcud vəziyyət və gələcək həllər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, müzakirə edilən mövzulara dair müvafiq rəy və tövsiyələrini qeyd edib.

Daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli ilə sözügedən iclasın sədri, Qətər Dövlətinin Bələdiyyə Nazirliyin Ərzaq Təhlükəsizliyi Departamentinin direktoru Masoud Al-Marri arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi məqsədilə ikitərəfli görüş keçirilib. Görüş zamanı 2016-cı ildə imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun yenilənməsi, aqrar sahədə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və çevik formada əməli fəaliyyətlərin icrası məqsədilə Birgə İşçi Qrupunun təsis edilməsi, ticarət dövriyyəsinin artırılması üçün kənd təsərrüfatı və emalı sahəsində fəaliyyət göstərən biznes subyektləri arasında əlaqələrin təşviq edilməsi üçün hər iki ölkənin ərazisində təşkil olunan beynəlxalq sərgi və yarmarkalarda mütəmadi iştirak, habelə ixrac potensiallı kənd təsərrüfatı məhsulları barədə məlumat mübadiləsinin təmin edilməsi barədə müzakirələr aparılıb.

Görüşün sonunda tərəflər kənd təsərrüfatı sahəsində geniş əməkdaşlıq potensialının mövcudluğunu nəzərə alaraq əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri