Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti “Jenmin Jibao” qəzetinin redaksiyasında olub

Azərbaycan nümayəndə heyəti “Jenmin Jibao” qəzetinin redaksiyasında olub

Icma.az bildirir, Azertag portalına istinadən.

Pekin, 25 iyun, AZƏRTAC

Çin Xalq Respublikasına səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti bu ölkənin ən nüfuzlu media orqanlarından biri olan “Jenmin Jibao” qəzetinin redaksiyasını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə media sahəsində geniş və ardıcıl islahatlar həyata keçirildiyini, bu islahatların əsas məqsədinin müasir çağırışlara cavab verən, dayanıqlı və cəmiyyətin inkişafında fəal rol oynayan media mühitinin formalaşdırılması və gücləndirilməsi olduğunu deyib. O qeyd edib ki, Azərbaycanda həm onlayn, həm də ənənəvi media subyektlərinin fəaliyyətinə dövlət tərəfindən kompleks dəstək göstərilir, xüsusilə çap mediasının rəqəmsal transformasiyası istiqamətində mühüm layihələr icra olunur.

“Jenmin Jibao” qəzetinin prezidenti Yu Şaolian rəhbərlik etdiyi media qurumunun tarixi və fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, qəzet təkcə çap versiyası ilə deyil, eyni zamanda, müxtəlif rəqəmsal platformalar vasitəsilə də milyonlarla izləyiciyə informasiya çatdırır. O, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasının media sahəsində də öz nəticələrini verəcəyinə əminliyini ifadə edib.

Yu Şaolian “Jenmin Jibao” qəzetinin AZƏRTAC ilə qarşılıqlı faydalı əməkdaşlığından söz açıb. O, AZƏRTAC-ın qəzetin layihələrinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə Çin Xalq Respublikasının 2013-cü ildə irəli sürdüyü və Avrasiya ölkələri arasında infrastrukturun inkişafı, qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədi daşıyan “Kəmər və Yol” təşəbbüsü barədə fikir mübadiləsi aparılıb, layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə diqqət çəkilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri