“Jenmin Jibao” nəşrinin prezidenti: Media “Bir kəmər, bir yol”un yüksəkkeyfiyyətli tikintisini təşviq etməlidir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kunmin, 16 sentyabr, Şahin Kazımzadə, AZƏRTAC
Media Əməkdaşlıq Forumu 2013-cü ildə Çinin Sədri Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikri Çinin Yunnan əyalətinin Kunmin şəhərində keçirilən “Bir kəmər, bir yol -2025” Media Əməkdaşlıq Forumu çərçivəsində “Jenmin Jibao” qəzetinin prezidenti Yu Şaolyan deyib.
Onun sözlərinə görə, “Jenmin Jibao” qəzetinin redaksiya heyəti bu istiqamətdə fəal işləyir, media orqanları arasında əlaqələr gücləndirilir və təkmilləşdirilir.
“Media olaraq, biz “Bir kəmər, bir yol” təşəbbüsünün yüksəkkeyfiyyətli tikintisini təşviq etməli, etimadın möhkəmləndirilməsi üçün məsuliyyət daşımalı, dünya xalqlarının maraq və istəklərinə cavab verməli və ümumbəşəri tərəqqi naminə əməkdaşlığı dəstəkləməliyik. “Bir kəmər, bir yol” platforması çoxqütblülüyün inkişafı, xalqlar arasında humanitar mübadilənin və dostluğun yaxşılaşdırılması üçün vacibdir və bizə insanlar arasında əməkdaşlıq üçün yeni məzmun axtarmağa imkan verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 16 Sentyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















