Azərbaycan Omanda 1 ci Yaradıcı Əl İşləri Sənayesi beynəlxalq forumunda təmsil olunur
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
Bu gün Omanın Maskat şəhərində 1-ci Yaradıcı Əl İşləri Sənayesi beynəlxalq forumu işinə başlayıb. Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı üzrə Qurumu (RIYADA) tərəfindən təşkil olunan forum yanvarın 26-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, Oman Sultanlığı ilə yanaşı, müxtəlif xarici ölkələrdən yaradıcılıq və əl işləri sənayesi sahəsində fəaliyyət göstərən qurum və müəssisələrin nümayəndələrinin iştirak etdiyi forumda ölkəmizi Dövlət Turizm Agentliyi təmsil edir.
Forum çərçivəsində Azərbaycanın Oman Sultanlığındakı səfiri Rəşad İsmayılov RIYADA-nın sədri Halima bint Raşid əl-Zari ilə birlikdə Azərbaycan stendini ziyarət edib, sərgidə nümayiş etdirilən məhsullar və yaradıcılıq nümunələri ilə tanış olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 22 Yanvar 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















