Icma.az
close
up
RU
“Yaradıcı Azərbaycan” da yaradıcı müzakirələr aparılıb

“Yaradıcı Azərbaycan” da yaradıcı müzakirələr aparılıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib. Mərasimə açılış nitqi ilə başlayan mədəniyyət naziri Adil Kərimli iqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı sənayeyə diqqətin günü-gündən artmaqda olduğunu qeyd edib. Bildirib ki,  Azərbaycanda da bu mühitdə  müəyyən addımlar atılmaqdadır. 

Nazir, həmçinin Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə (Unec) birlikdə mədəni və yaradıcı sənaye sahələrini təsnifatlaşdırıb və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edildiyini vurğulayıb. Adil Kərimli çıxışında, “Yaradıcı Azərbaycan” layihəsi ilə bağlı digər ali təhsil müəssisələrinə və biznes subyektlərinə də müraciət ünvanlayıb. 

Sonra, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Yaradıcılığı həyat tərzimizə çevirək” mövzusunda məruzə edib.

Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və başqa qonaqlar çıxış edərək, Ümumi Daxili Məhsulun (ÜDM) göstəricilərinin yaradıcı sənayenin inkişafındakı payı, müasir texnologiyaların müxtəlif yaradıcı sahələrdə oynadığı əsas rolu, gənc nəsildə yaradıcı potensialı üzə çıxarmağın yolları və sair. mədəni mövzular haqqında fikirlərini səsləndiriblər. 

Xatırladaq ki, ölkənin mədəni və yaradıcı sənayelərinin inkişafına yönəldilmiş “Yaradıcı Azərbaycan” layihəsi Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan bir təşəbbüsdür. Burada əsas məqsəd Azərbaycanın yaradıcı potensialını aşkar etmək və onu qlobal bazara çıxarmaqdır. Bu sahəyə kino, animasiya, müxtəlif oyunlar, moda, musiqi, mədəni texnologiya (cultech) və digər yaradıcı istiqamətlər daxildir.

FİDAN

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Mart 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see610

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see462

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see360

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see246

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see242

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see242

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see240

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see234

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see223

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see217

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see215

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see213

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see208

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see203

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see197

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see185

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see178

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see175

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see173

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri