Icma.az
close
up
RU
Azərbaycan OPEC: enerjinin “yaşıl” gündəliyi

Azərbaycan OPEC: enerjinin “yaşıl” gündəliyi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

OPEC Beynəlxalq İnkişaf Fondu ilə Çərçivə Sənədi imzalanıb

İqtisadiyyat Nazirliyi və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondu (OFID) arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpa olunan enerji, nəqliyyat, infrastruktur və digər sahələrdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu istiqamətdə həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək.

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə sazişin ikitərəfli qarşılıqlı əlaqələrin inkişafına, o cümlədən ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

OPEC ölkələri ilə əməkdaşlıqda yeni mərhələ

Azərbaycan OPEC alyansda etibarlı tərəfdaş və nümunəvi tədarükçü kimi təkcə neft ehtiyatlarının nəqlini deyil, həm də müasir qlobal bazarın əsas tələbatlarından birinə çevrilən alternativ yanacaq mənbələrinin səfərbər olunması və koalisiyalarla birlikdə nəqlində təşəbbüskarlıq edir. Xüsusilə də son dövrlərdə “yaşıl enerji” üzrə layihələrində OPEC ölkələri ilə yaxın tərəfdaşlıq qurulmaqdadır. OPEC-in ?aş katibi Haysam əl-Qays bildirib ki,  Azərbaycan-OPEC əməkdaşlığı etibarlı bir körpü rolunu oynayır, ötən dövrdə  kartelin həyata keçirdiyi enerji siyasətinə öz dərin töhfəsini verən Azərbaycan  qlobal enerji bazarında öz məsuliyyətini dərk edərək bütün öhdəliklərini layiqincə yerinə yetirib. Azərbaycan hər zaman enerji amilinə yalnız iqtisadi konteksdən yanaşaraq rifah və həmrəylik ruhunda addımlar atıb, ən çətin zamanlarda qlobal enerji təchizatlarının şaxələndirilməsində səylərini əsirgəməyib.

Azərbaycan etibarlı və sadiq enerji partnyorudur

OPEC-in Baş katibi Azərbaycanın etibarlı və sadiq enerji partnyoru kimi hazırda qlobal alyansın bütün üzvlərinin hörmətini qazandığını və yeni başlayan “yaşıl hidrogen” proqramlarında fəal iştirakına beynəlxalq dəstəyin artdığını xatırladıb. Bu həmrəylik platformasında Azərbaycana dəstək verən bütün ölkələr kimi OPEC və qeyri-OPEC ölkələri də COP29-a inklüziv yanaşma əsasında maliyyə və sərmayə imkanlarını əsirgəməyəcək. Təşkilat rəhbəri ölkəmizdə bərpa olunan enerji mənbələrinin istehsalı və bu sahənin inkişaf etdirilməsində xarici sərmayəçiləri təşviq etmək, Yaxın Şərq və Ərəb körfəzi ölkələrinin bərpa olunan enerji üzrə nüfuzlu şirkətlərini Azərbaycana cəlb etməkdə əlaqələndirici rol oynamaq niyyətini bildirib. Yeri gəlmişkən, körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə bərpa olunan enerji sektorunda böyük sərmayə layihəsinin əsası qoyulub və hər iki şirkət külək və günəş enerjisi stansiyalarının tikintisini davam etdirir.

Azad olunmuş ərazilər “yaşıl enerji” mənbəyidir

Bütün bunlar beynəlxalq enerji koalisiyasının ölkəmizə dərin etimadının göstəricisidir. Bu təşkilatların ölkəmizlə bağlı proqnozları da ümidvericidir. Hesablamalara görə, Azərbaycanın quruda və dənizdə “yaşıl enerji” potensialı 2027-ci ilədək birinci mərhələdə 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələdə isə 8 QVt-dan çox olacaq ki, bu da  bərpa olunan enerji potensialının yaxın 7 ildə 4 dəfədən çox artımı deməkdir.

“Yaşıl enerji”nin yeni ünvanı olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası isə daha nikbin perspektiv vəd edir. Qarabağ və Şərqi Zəngəzur bölgəsi “yaşıl enerji” zonası elan edilməklə Azərbaycanın elektrik enerjisi istehsalında “yaşıl enerji”nin istehsalının payının artmasında əsas güc mənbələrindən biridir. Bu bölgə hidroenerji, külək və günəş enerjisi, termal suların mənbələrinə görə, ölkə üzrə rersursların 30-40 faizinə malikdir. Həmin iqtisadi rayonlardan Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli günəş enerjisinə görə, ən əlverişli potensiala malikdir və enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Artıq Azərbaycan hökuməti ilə BP şirkəti arasında əldə edilmiş razılığa əsasən, Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə hazırlıq işləri görülür və iyul ayında “Şəfəq” layihəsi üzrə günəş elektrik stansiyasının tikinti işlərinə başlanacaq. Aİ-nin “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı mərkəzi yaradılacaq. Laçın və Kəlbəcərin dağlıq ərazilərində həcmi 2000 Mvt proqnozlaşdırılan külək enerjisi stansiyası layihəsi reallaşmaqdadır.

Beləliklə, Azərbaycan OPEC alyansının qlobal şirkətlərindən olan “Masdar”, “ACWA Power” və digər şirkətlərlə bərpaolunan enerji sektoruna böyük sərmayələr qoymaqla faktiki olaraq yaxın illərdə “yaşıl enerji” tədarükçüsü kimi qlobal bazarın əsas payçılarından birinə çevrilə bilər. İmzalanmış yeni saziş isə ölkəmizin qlobal bazarın əsas tələbatlarından birinə çevrilən alternativ yanacaq mənbələrinin nəqlində də rolunu artıracaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:344
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyun 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri