Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

“Yaşıl enerji” gündəliyi Azərbaycan masasında...

“Yaşıl enerji” gündəliyi Azərbaycan masasında...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında müasir inkişafın atributlarından biri olan bərpaolunan enerji mənbələrindən səmərəli istifadə və enerjinin “ağıllı tədarükü” kimi məsələlər də əsas diqqətçəkən mövzulardan biri kimi yadda qalmaqdadır. Tədbirdə iştirak edən dünyanın aparıcı təşkilatlarının və şirkətlərinin nümayəndələrinin çıxışlarından da aydın görünür ki, “yaşıl enerji” istehsalı müasir urbanizasiyanın vacib elementi kimi çıxış edir, şəhər arxitekturasının dayanıqlı mənbələrindən birinə çevrilməkdədir. Bu baxımdan WUF13 çərçivəsində Azərbaycan hökuməti ilə dünyanın nüfuzlu institutları arasında Bakıda aparılan müzakirələr “yaşıl enerji” tədarükünün aktuallığını ön plana çıxarır, regional enerji zonasının genişlənməsinə dəstək verir. Bu, həm də ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də “yaşıl iqtisadiyyat”ın güclənməsi ilə bağlı qlobal həmrəyliyin artmasında fəal təşəbbüskarlığını nümayiş etdirir, yeni “yaşıl sərmayələrin” təşviqinə impuls verir.

WUF13 çərçivəsində dünyanın nüfuzlu təşkilatları ilə “yaşıl enerji” əməkdaşlığına dair müzakirələr aparılıb

Dünya Bankı bərpaolunan enerji sektoruna sərmayələr yönəldir

Bu cür faydalı fikir mübadilələri iki nəhəng maliyyə təsisatı - Dünya Bankı (DB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) heyətinin üzvləri ilə keçirilən görüşlərdə də əlamətdarlığı ilə seçilib. Energetika naziri Pərviz Şahbazovun Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkovun iştirakı ilə keçirilən görüşündə dənizdə külək enerjisi layihələri, “ağıllı şəbəkə” texnologiyalarının tətbiqi və batareya enerji saxlama sistemləri (BESS) üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji səmərəliliyi və regional enerji bağlantıları sahəsində əməkdaşlığın genişləndirilməsinə diqqət çəkilib, Dünya Bankının tərəfindən bu istiqamətlərdə Azərbaycana dəstək göstərməyə hazır olduğu vurğulanıb.

Bu, Azərbaycan ilə Dünya Bankı arasında bərpaolunan enerji layihələrində müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın formalaşdığını və yeni perspektiv layihələrdə birgə iştirakçılığın genişlənəcəyini təsdiqləyir. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi proqramların, xüsusilə ötürücü şəbəkənin gücləndirilməsi, regional enerji inteqrasiyası və enerji səmərəliliyi istiqamətində görülən işlər DB tərəfindən yüksək dəyərləndirilir.

ESCO modeli özəl sektora gəlir əldə etmək imkanı yaradacaq

V. Levkovun da xatırlatdığı kimi son illərdə qlobal enerji sektorunda əsas çağırışlardan biri ötürücü şəbəkələrin dayanıqlılığı və bərpaolunan enerji güclərinin sistemə inteqrasiyasıdır. Bu baxımdan Azərbaycanın ötürücü şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər düzgün və strateji yanaşma kimi qiymətləndirilə bilər. “Yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi isə daha effektli infrastruktur qurmağa imkan verəcək. Bank ötürücü və paylayıcı şəbəkələrin modernləşdirilməsi, regional interkonnektor layihələri və “Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası (AZURE)” layihəsində Azərbaycana maliyyə təchizatı göstərəcək ki, bu da ESCO (Energy Service Company) modeli və enerji saxlanc sistemlərinin qurulmasını təmin edəcək. ESCO modelinin həyata keçirilməsi özəl sektorun enerji qənaəti hesabına gəlir əldə etməsinə imkan verəcək ki, bu model Azərbaycan və region ölkələri üçün faydalı ola bilər.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan hökuməti ilə  Dünya Bankı (DB) arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində ümumi dəyəri 173,5 milyon dollar olan kredit sazişi imzalanıb. İcra müddəti 4 il olan layihənin əsas məqsədi “AzərEnerji”nin enerji sisteminin səmərəliliyini artırmaq və növbəti 5 ildə bərpaolunan enerji mənbələrinin (BOEM) elektrik ötürücü şəbəkəyə təhlükəsiz inteqrasiyasını dəstəkləməkdir. Kredit vəsaiti Azərbaycanda tikilməkdə olan BOEM üzrə stansiyalardan alınan enerjinin milli enerji sisteminə təhlükəsiz və dayanıqlı inteqrasiyasını təmin etmək məqsədilə enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönəldiləcək.

Dünya Bankı Azərbaycanın regional enerji bağlantıları üzrə təşəbbüslərini də dəstəkləyərək Qara dəniz və Şərqi Avropa istiqamətində Yaşıl Enerji Dəhlizi layihəsi üzrə texniki-iqtisadi əsaslandırma işlərinin vəziyyətini müsbət dəyərləndirib. Bank hesab edir ki, “Azərbaycan - Mərkəzi Asiya”, eləcə də “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektor layihələri qlobal enerji sistemində yeni potensial mənbə blokları formalaşdıracaq.

Avropa Bankının “yaşıl həmrəyliyə” dəstəyi

WUF13 çərçivəsində “yaşıl enerji” üzrə digər faydalı görüş Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter arasında keçirilib. Azərbaycanın energetika naziri ilə Karpenter enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı və regional enerji bağlantıları üzrə layihələr barədə fikir mübadilə aparıb. Azərbaycanın bərpa olunan enerji sahəsində artan potensialı və bu istiqamətdə qarşıya qoyulan strateji hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, ölkədə 2035-ci ilədək 8 QVt daxili istehlak və ixrac məqsədilə bərpaolunan enerji gücünün yaradılması planlaşdırılır. Məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatı artırması çərçivəsində növbəti illərdə əlavə bərpaolunan enerji güclərinin milli enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin təhlili aparılır.

Avropa Yenidənqurma və İnkişaf Bankı da hazırda Azərbaycanda bərpaolunan enerji sektorunda layihələrə maliyyə dəstəyi verən institutlardan biridir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kredit ayıracaq.

AYİB regional enerji interkonnektor layihələri “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Mərkəzi Asiya” enerji dəhlizlərinin qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətinə xüsusi önəm verərək bu istiqamətdə dayanıqlı dəstək vermək niyyətini bəyan edib.

 “Qara dəniz kabeli” adlanan bu meqa layihə Azərbaycanın külək və günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin Avropaya nəqlini nəzərdə tutduğundan AYİB  “enerji həmrəyliyi halqası”nda fəal yer almaq istəyir. Bank Naxçıvan və Ermənistandan keçməklə Türkiyə istiqamətində ötürücü xətlər üzrə layihələrdə də Azərbaycanla yaxın tərəfdaşlıq edəcəyini açıqlayıb.

Beləliklə, WUF13 platforması şəhərsalmanın inkişafı ilə bağlı dialoqun güclənməsinə töhfə verməklə bərabər, qlobal enerji ailəsinin “yaşıl enerji” üzrə həmrəyliyinin artmasında da əhəmiyyətli sessiya kimi xarakterizə oluna bilər. Bu tədbir “yaşıl enerji” layihələrinin irəliyə aparılmasında beynəlxalq investorlar icmasının daha da fəal işgüzarlığı, enerji ixrac imkanlarının genişləndirilməsi və regional enerji təhlükəsizliyinin gücləndirilməsində vacib koalisiya qurmasına təkan verəcək.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 May 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri