Azərbaycan OPEC Fondunun prezidentilə yaşıl enerji” keçidini müzakirə edib
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə ölkənin "yaşıl enerji” keçidi planlarını müzakirə edib.
Ölkə.az-ın məlumatına görə, bu barədə Fondun "X" sosial şəbəkəsindəki hesabında bildirilir.
Məlumata görə, tərəflər həmçinin "Azərbaycan 2030" sosial-iqtisadi inkişafa dair milli strategiyanın həyata keçirilməsində OPEC Fondunun rolunu nəzərdən keçirib.
"Əl-Xəlifə Fondun iqlim təşəbbüslərinin təşviqinə sadiqliyini təsdiqləyib, COP29 sədrliyinə davamlı layihə və təşəbbüslərin inkişafındakı səylərinə görə təşəkkürünü bildirib. Müzakirələrin nəticəsi olaraq tərəflər dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və Azərbaycanın iqlim siyasətini dəstəkləmək üçün birgə işi davam etdirməyi razılaşdırıblar", - deyə paylaşımda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 13 Noyabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















