Icma.az
close
up
RU
Azərbaycan OPEC Fondunun prezidentilə yaşıl enerji keçidini müzakirə edib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycan OPEC Fondunun prezidentilə yaşıl enerji keçidini müzakirə edib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə ölkənin "yaşıl enerji" keçidi planlarını müzakirə edib.

"Report"un məlumatına görə, bu barədə Fondun "X" sosial şəbəkəsindəki hesabında bildirilir.

Məlumata görə, tərəflər həmçinin "Azərbaycan 2030" sosial-iqtisadi inkişafa dair milli strategiyanın həyata keçirilməsində OPEC Fondunun rolunu nəzərdən keçirib.

"Əl-Xəlifə Fondun iqlim təşəbbüslərinin təşviqinə sadiqliyini təsdiqləyib, COP29 sədrliyinə davamlı layihə və təşəbbüslərin inkişafındakı səylərinə görə təşəkkürünü bildirib. Müzakirələrin nəticəsi olaraq tərəflər dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və Azərbaycanın iqlim siyasətini dəstəkləmək üçün birgə işi davam etdirməyi razılaşdırıblar", - deyə paylaşımda qeyd olunub.

seeBaxış sayı:66
embedMənbə:https://azxeber.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri