Icma.az
close
up
RU
Azərbaycan Ordusu bizim qalibiyyət simvolumuzdur

Azərbaycan Ordusu bizim qalibiyyət simvolumuzdur

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəşər tarixində dövlət quruluşu yaranandan bəri ən mühüm şərtlərdən biri də həmin dövləti qoruyacaq ordunun mövcudluğu olmuşdur. Azərbaycan xalqı minilliklər boyunca öz dövlətini və Vətənini qorumaq üçün fədakarlıqla, əzmlə döyüşmüş, tarixdə qəhrəman sərkərdə və ordu sahibi kimi şöhrət qazanmışdır. Amma müasir ordu quruculuğu ilk olaraq AXC-nin adı ilə bağlıdır. Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyəti və onun ordusu qısa bir ömür yaşasa da, xalqımızın içindəki ordu və dövlət hissi heç vaxt ölməmişdi. 70 illik sovet əsarəti dövründə müstəqil dövlətimizdən tam məhrum olsaq da, bütün fəaliyyəti dövrü Azərbaycan və azərbaycançılıq məfkurəsi üçün çalışan böyük Heydər Əliyev heyrətamiz siyasi bacarığı ilə gənc soydaşlarımızın peşəkar zabit kimi yetişməsi yolunda böyük fədakarlıq göstərmişdi. Ulu öndər Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması həmin ağır və mürəkkəb dövrün şərtləri altında olduqca çətin görünürdü. Amma Heydər Əliyev bunu bacardı və bu təhsil ocağı gənclərimizə hərbi biliklərin öyrənilməsində müstəsna xidmətlər göstərdi.

Sözügedən məktəbin yaradılması yalnız azərbaycanlı zabitlərin yetişdirilməsi baxımından deyil, həm də bütövlükdə gələcək müstəqil Azərbaycan ordusunun formalaşması istiqamətində əvəzolunmaz tarixi hadisə idi. Təsadüfi deyil ki, 1991-ci ildə  müstəqil dövlət qursaq da, bu dövləti yox olmaqdan xilas etmiş böyük öndər müstəqil Azərbaycan ordusunun yaradılmasını da öz üzərinə götürdü, ölkəmizdə peşəkar və  nizami ordu qura bildi. 26 iyunu Silahlı Qüvvələr Günü elan edən Ümummilli lider tarixi ənələrə sadiq qalmaqla kifayətlənməyərək bu gün dünyanın ən qüdrətli orduları sırasında göstərilən Azərbaycan ordusunun əsasını qoydu. 

44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirləri nəticəsində təkcə suverenliyimiz tam bərpa olunmadı, bütün dünya Azərbaycan Ordusuna həsrət apardı!

Qəhrəman əsgərlərimizlə açıq savaşdan çəkinən mifləşdirilmiş “Ohanyan səddi”ni qoruyanlar döyüş meydanından fərariliyin qarşısını xüsusi qəddarlıqla almağa başladılar. Hadrut yaxınlığında və digər savaş ərazilərində ermənilər əsgərlərini zəncirləyirdilər ki, döyüşsünlər, qorxudan qaçmasınlar. Bu dəhşətli həqiqət qorxaq düşmən ordusunun qalıqlarının etiraflarında da öz əksini tapıb.

Amma erməni ordusundan fərqli olaraq  Azərbaycan əsgəri gülləsi bitəndən sonra düşmənlə əlbəyaxa döyüşdən belə çəkinmədi.
Mütəxəssislərin fikrincə, təkcə Şuşanın işğaldan azad olunması müasir hərb tarixi üçün böyük qəhrəmanlıq və peşəkarlıq nümunəsidir. Haqqında əfsanələr dolaşan Azərbaycan Ordusu bizim dayağımız, güvəncimiz, qürurumuz həm də qalibiyyətimizin simvoludur!

Zəfər savaşı ilə Azərbaycan tarixinin iki əsrlik məğlubiyyət seriyasına son qoyaraq qalib Sərkərdə statusunu qazanan Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi dövlətçilik tariximizdə qəhrəmanlıq səhifəsi açdı. Bu gün Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycan bayrağı dünya dövlətləri bayraqları sırasında qürur və iftixarla dalğalanır. Bu möhtəşəmliyin arxasında dövlətimizin iqtisadi, diplomatik, geopolitik uğurları ilə yanaşı, qəhrəman Azərbaycan Ordusunun gücü və əzəməti dayanır. 
Məhz ordunun sayəsində regionda hər kəs Azərbaycanla hesablaşmağa və milli maraqlarımızı qəbul etməyə məcburdur.
Əziz hərbçilər, Silahlı Qüvvələr Gününüz mübarək! Tanrı dövlətimizi və Sizləri qorusun.

Varlığınız təkcə təhlükəsizliyimiz deyil, həm də ümumxalq xoşbəxtliyimizdir!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri