Icma.az
close
up
RU
Xaricdəki Azərbaycan ordusu

Xaricdəki Azərbaycan ordusu

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün dünyanın 100-dən çox ölkəsində 80 milyondan artıq azərbaycanlı yaşayır. 
Onların əhəmiyyətli hissəsi İran, Rusiya, Türkiyə, Almaniya, ABŞ, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrdədir. 
Demək olar ki, son illərin təbliğat, təşviqat işlərindən sonra hər bir icma Azərbaycanın səsini təmsil edir və milli kimliyi yaşadır. 
Daha xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti mədəniyyət tədbirləri ilə məhdudlaşmır. Lobbiçilik, informasiya, təhsil, səhiyyə, iqtisadi və s. sahələri əhatə edir. 
Azərbaycan üçün bu qüvvə dövlətin beynəlxalq təsir imkanlarını genişləndirən strateji resursa çevrilib. 
Xaricdəki azərbaycanləlar ölkənin yumşaq güc siyasətinin mühüm sütunu rolunu oynayırlar. 


Diaspor fəaliyyəti, ən çətin sahə...

Dünyadakı diasporların təcrübəsi göstərir ki, milli kimliyi qorumaq və eyni zamanda yerli cəmiyyətə inteqrasiya etmək çox mürəkkəb balans tələb edir. Təbii ki, azərbaycanlı icmalar da bu ikili prosesin içindədir.
Onlar həm yaşadıqları dövlətin maraqlarını təmsil edirlər, həm də yerləşdikləri ölkələrin ictimai-siyasi qaydalarına uyğunlaşırlar. Və hər ölkədə vahid alqoritm işləmir.
Məsələn, Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları qanuni çərçivədə mədəni tədbirlər keçirməklə yanaşı, lobbiçilik fəaliyyətinə də qoşulurlar. 

ABŞ-da isə daha çox informasiya müharibəsinə yönəlmiş mexanizmlər işləyir. 
Bu müxtəliflik diaspor fəaliyyətinin universal çətinliyini göstərir. Bəzən diaspora fəaliyyəti ilə diplomatiya eyniləşdirilir. Ancaq təcrübə göstərir ki, bu, heç də belə deyil. 
Dünyanın qabaqcıl ölkələrində diplomatik missiyaya diasporla məşğul olmaq rəsmi yasaqdır.


Hər dövlətin öz qanunu, hər xalqın öz düşüncəsi, hər ölkənin öz məişəti

Avropa İttifaqı ölkələrində diaspor təşkilatları daha çox mədəniyyət və təhsil layihələri ilə tanınır. ABŞ-da isə qeyri-hökumət təşkilatları formasında qeydiyyatdan keçərək lobbiçilik imkanları əldə edirlər. Rusiya Federasiyasında yaşayan 4 milyona yaxın soydaşımız isə əsasən sosial-iqtisadi fəaliyyətlə seçilir və burada diaspor daha çox iqtisadi güc kimi çıxış edir. 
Bu, bir daha hər ölkənin hüquqi bazasının və ictimai münasibətlərinin fərqli olduğunu göstərir. 
Nəticədə, Azərbaycan diasporu universal model üzərində deyil, lokal reallıqlara uyğun fəaliyyət göstərir. Bu isə adaptasiya qabiliyyətinin nə qədər vacib olduğunu ortaya qoyur. 

Nə qədər ölkədə azərbaycanlı yaşayırsa, o fərqdə də biz varıq 

Azərbaycan diasporunun coğrafiyası getdikcə genişlənir. Son illərdə Kanada, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri və hətta Afrika ölkələrində, Çin, Yaponiya, Koreyada da Azərbaycan icmaları formalaşmağa başlayıb. 
Türkiyədə 2 milyondan çox azərbaycanlı rəsmi qeydiyyatdadır. ABŞ-da yaşayan soydaşlarımızın sayı 500 minə yaxınlaşır, Avropada isə bu göstərici 2 milyonu keçib.

Bu statistika Azərbaycan üçün mühüm üstünlükdür. Soydaşlarımızın yaşadığı ölkələr eyni zamanda Azərbaycanın xarici siyasət xəritəsində strateji mövqelərə sahibdir. Yəni coğrafi yayılma həm də siyasi imkanların artması deməkdir. Və demk olar ki, xaricdə diaspor ordumuz var.
Erməni diasporunun güclü lobbiçilik imkanlarına qarşı Azərbaycan diasporu da son illərdə ciddi şəkildə güclənib. Diqqət etdinizsə, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporu ilə bacarmayan erməni diasporu fiziki təzyiq metoundan istifadə etdi. Əslində, bu fakt erməni diasporasının xaricdəki azərbaycanlılara uduzduğunu təsdiq etdi.
Avropa və Amerikada keçirilən etiraz aksiyaları diasporun çevik və koordinasiyalı fəaliyyətini göstərdi. 20-dən çox ölkədə eyni anda təşkil edilən aksiyalar informasiya müharibəsində Azərbaycanın mövqelərini gücləndirdi. 
Sosial mediada diaspor fəalları tərəfindən yayılan ingilis, fransız, alman və onlarla digər əcnəbi dillərə materiallar erməni təbliğatına güclü zərbə rolunu oynadı. Bu fakt  diasporumuzun mədəniyyətlə yanaşı, siyasi və ideoloji müstəvidə fəaliyyət göstərən “ordular” olduğunu sübut etdi. 
Odur ki, birmənalı iddia etmək olar ki, xaricdəki soydaşlarımızı dövlətimizin əmrinə 
müntəzirdirlər. Azərbaycan diasporunun ən güclü tərəfi çevik səfərbərlik imkanlarıdır. Məsələn, 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı dünyanın 30-dan çox ölkəsində Azərbaycan icmaları küçələrə çıxaraq etiraz aksiyaları keçirdi. Təkcə Brüsseldə 5 min nəfər, Moskvada 10 min nəfərə yaxın soydaşımız iştirak etdi. Bu, dövlətin çağırışına qısa müddətdə cavab verə bilən strukturun mövcudluğunu göstərir. 
Diasporun koordinasiyası əsasən Dövlət Komitəsinin rəhbərliyi ilə yerli Azərbaycan evləri vasitəsilə təmin olunur. Bu çeviklik gələcəkdə Azərbaycan üçün daha strateji üstünlüklər yaradacaq. 
İndi xaricdəki Azərbaycan soydaşların şəxsi həyat hekayələri ilə yanaşı, soydaşlarımız milli gücün xaricdəki güzgüsüdür. Hər bir mədəni tədbir, hər bir etiraz aksiyası və ya lobbiçilik fəaliyyəti dövlətin beynəlxalq imicinə təsir göstərir. 
Bu gün Azərbaycanlıların xaricdəki strukturlaşdırılmış diaspor təşkilatlarının sayı 500-ü keçib. Onların fəaliyyəti müxtəlif istiqamətləri əhatə edir. Mədəniyyət, təhsil, informasiya müharibəsi və lobbiçilik. Bütün bunlar birgə Azərbaycanın dünyadakı obrazını formalaşdırır. Xaricdəki Azərbaycan məhz bu gücün ümumiləşmiş ifadəsidir. 
Son illərdə “Azərbaycan evləri” layihəsi ilə soydaşların toplaşdığı mərkəzlərin sayı artıb. Bununla yanaşı, müxtəlif ölkələrdə Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. 
Diaspor siyasətində gənclərə xüsusi diqqət ayrılıb və bu, davamlılığın təminatına çevrilib. Bütün bunlar dövlətin sistemli yanaşmasının göstəricisidir. 
Azərbaycan diaspor gəncləri üçün yay düşərgələri təşkil olunur. Düşərgələrdə milli tarix, ədəbiyyat, musiqi və dövlətçilik prinsipləri öyrədilir. Bu proses gənclərin milli kimliklə bağlılığını gücləndirir. Ən önəmlisi isə müxtəlif ölkələrdə yaşayan gənclərin bir-biri ilə əlaqə qurmasıdır. Bu əlaqələr sonradan beynəlxalq şəbəkəyə çevrilərək diaspor siyasətinə uzunmüddətli təsir göstərir. 

Hazırda dünyanın 12 ölkəsində “Azərbaycan evləri” fəaliyyət göstərir. Bu mərkəzlər həm soydaşların toplaşdığı məkan, həm də milli kimliyimizin təbliği platformasıdır. Burada dil kursları, milli mədəniyyət dərsləri, musiqi və incəsənət tədbirləri təşkil olunur. Azərbaycan evləri həm də lobbiçilik fəaliyyətlərinin koordinasiya mərkəzi rolunu oynayır. Soydaşlarımızın bir araya gəlməsi və təşkilatlanması bu evlər vasitəsilə daha da güclənir. Bu, diaspor siyasətinin institusional uğurlarından biridir. 
44 günlük Vətən müharibəsi Azərbaycanın yeni reallıqlarını ortaya qoydu. Qalib xalqın arxasında duran diaspor daha inamlı və daha güclü göründü. Müharibədən sonra Avropada Azərbaycan həqiqətlərinə maraq artdı. Bu isə diasporun fəaliyyətinə əlavə legitimlik gətirdi. Dövlətin gücü diasporun fəaliyyətinə təkan verdiyi kimi, diasporun uğuru da dövlətin imicinə güc qatır. Bu qarşılıqlı asılılıq Azərbaycanın beynəlxalq siyasətdə möhkəmlənməsini təmin edir. 
Sərhəddə dayanan Azərbaycan əsgəri milli gücün əsas dayağıdır. Onun qəhrəmanlığı və qələbələri diasporun fəaliyyətinə də mənəvi dayaq rolunu oynayır. Soydaşlarımız xaricdə Azərbaycanın hərbi uğurları ilə fəxr edirlər və bu, onların fəaliyyətinə əlavə stimul verir. Əsgərin sərhəddə qoruduğu hər qarış torpaq diasporun xaricdəki arqumentini gücləndirir. Bu, həm də milli birliyin təməlini möhkəmləndirir. Əsgər sərhəddə, diaspor isə xaricdə eyni dəyər uğrunda çalışır. 
Azərbaycan diplomatiyası son illərdə regional və qlobal miqyasda mühüm uğurlar əldə edib. Bu uğurlar diaspor fəaliyyətinə də güclü dəstək verir. Diplomatik münasibətlərin genişlənməsi diaspor təşkilatlarının daha rahat fəaliyyət göstərməsinə şərait, diplomatiya ilə diaspor arasında strateji sinerji yaradır. 
2020-ci ildə baş verən Zəfər savaşı informasiya müharibəsinin nə qədər vacib olduğunu göstərdi. Həmin dövrdə diaspor nümayəndələri tərəfindən yüzlərlə xarici dildə məqalələr, videolar və paylaşımlar yayımlandı. Azərbaycan mediası və diaspor birgə fəaliyyət göstərərək erməni təbliğatına qarşı effektiv mübarizə apardılar. 
Sosial şəbəkələrdə diaspor fəalları yüz minlərlə izləyiciyə real məlumatlar çatdırdılar. Bu, informasiya savaşında Azərbaycanın mövqelərini gücləndirdi. Diasporun media ilə əməkdaşlığı gələcəkdə də ən güclü alətlərdən biri olacaq. 


Diaspor nümayəndələri arasında alimlər, iş adamları, mədəniyyət xadimləri və siyasətçilər var. Dövlət Komitəsi tərəfindən onların biri-birləri ilə sıx əlaqələri yaradılıb və fəaliyyətləri həm yerli cəmiyyətlərdə nüfuz qazanmaq, həm də Azərbaycan üçün lobbiçilik etmək baxımından əhəmiyyətlidir. 
Məsələn, ABŞ-da azərbaycanlı professorların və mütəxəssislərin ali məktəblərdəki fəaliyyəti ölkənin elmi potensialını nümayiş etdirir. 
Avropada iş adamlarının yaratdığı şirkətlər Azərbaycanın iqtisadi imicinə müsbət təsir göstərir. Bu nümunələr diasporunun həm də peşəkar güc olduğunu göstərir. Odur ki, iddia edə bilərik ki, artıq diasporumuz yalnız ictimai güc deyil. 
Diaspor nümayəndələri Azərbaycanın beynəlxalq səviyyədə canlı təmsilçiləridir. Bu birlik Əsgərin gücü, diplomatın sözü, medianın qələmi və diasporun fəaliyyətidir.
Bunlar Azərbaycanın yeni reallıqlarını formalaşdırır. Bu birlik milli gücün beynəlxalq səviyyədəki qarantıdır. Dövlətin qələbəsi diasporu gücləndirir, diasporun uğuru dövlətin imicinə dəyər qatır. Bu qarşılıqlı sinerji Azərbaycanın gələcəyini təmin edən əsas mexanizmdir. Qloballaşan dünyada diaspor fəaliyyəti milli təhlükəsizlik və beynəlxalq nüfuz üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın sabahı məhz bu birliyin qorunmasından keçir.
Yuxarıda qeyd etdik ki, dünyanın 100-dən artıq ölkəsində azərbaycanlı icmaları fəaliyyət göstərir. Və onu da bilmək lazımdır ki, bəzən Azərbaycana qarşı olan qüvvələr bu icmalardan da istifadə etməyə ciddi cəhd edirlər. Odur ki, bəzən sünu şəkidə ortaya çıxarılan narazılıqları təbii qarşılamq lazımdır. Amma bu məqam ciddi bir məna və forma kəsb etmir. 
Birmənalı olaraq deyə bilərik ki, bu gün xaricdə böyük Azərbaycan ordusu var. Bu ordu soydaşlarımızın yaratdıqları icmalardır. Koronavirus ilk yayılan zamanda, 44 günlük Zəfər savaşında bu ordunun gücünü gördük. Çox sevindiricidir ki, azərbaycanlılar son illərdə bütün müstəvilərdə öz sözlərini deyə bilirlər.
Arifə KƏRİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Avqust 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see311

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see194

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see183

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see174

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see171

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see165

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see151

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see146

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see136

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see136

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see134

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see127

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see125

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see125

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see124

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see124

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see121

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see120

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see119

“80 milyon da versəniz gəlmərəm” Osimhenin sərt cavabı

12 Oktyabr 2025 18:33see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri