Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Azərbaycan ordusu gələcəyə hazırlaşır TƏHLİL

Azərbaycan ordusu gələcəyə hazırlaşır TƏHLİL

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Komandolar və SCADA sistemləri ilə güc tarazlığı dəyişir


Hər bir xalqın tarixində onun gücünü, mübarizə ruhunu və milli qürurunu simvolizə edən günlər var. Azərbaycan üçün belə əlamətdar günlərdən biri 26 İyun Silahlı Qüvvələr Günüdür. Azərbaycan Ordusu müstəqil dövlətimizin ən böyük qürur simvollarından biridir.

Ona görə də 26 İyun yalnız güclü ordunun yaranmasını deyil, eyni zamanda müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunmasına verilən dəyərin təcəssümüdür. Azərbaycan Ordusu təkcə hərbi qüvvə deyil, eyni zamanda xalqın iradəsini, döyüş ruhunu və vətənə bağlılığını təmsil edən güclü sütundur. Bu gün biz təkcə ordumuzu deyil, həm də şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını və əsgərlərimizin əzmini ehtiramla anırıq.

Qeyd edək ki, 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıb. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi, lakin ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçib.

Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərbi qüdrəti yeni və daha güclü inkişaf mərhələsinə qədəm qoyub.

Bu gün Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün qarantı, həm də regionda və beynəlxalq arenada sabitliyin təminatında əhəmiyyətli güc mərkəzidir. Azərbaycanın yaratdığı yeni geostrateji və geosiyasi reallıqlar regionda güc balansını dəyişməklə yanaşı, ölkəmizin hərbi və siyasi mövqeyini daha da möhkəmləndirib.

Bu reallıqlar sayəsində Azərbaycan beynəlxalq hərbi əməkdaşlıqda fəal iştirak edir, dünyanın ən nüfuzlu orduları ilə birgə təlimlər keçirir və təcrübə mübadiləsi aparır.

Silah və texnologiya hər bir ordunun güc göstəricisidir, lakin ordunun əsl qüdrəti onun operativ döyüş qabiliyyəti, unikal strategiyası və şəxsi heyətin peşəkarlığı ilə müəyyən olunur. Azərbaycan Ordusu bu gücünü 2020-ci ilin Vətən müharibəsində tam sübut etdi. 44 gün ərzində qazandığımız tarixi qələbə ərazi bütövlüyümüzün bərpası, həm də Azərbaycan Ordusunun dünyada ən müasir və güclü ordulardan biri olduğunu təsdiqlədi. Vətən müharibəsində əldə edilən uğurlar ordumuzun müasir hərbi strategiyasını və taktikasını dünya səviyyəsində diqqət mərkəzinə gətirib. Artıq bir çox dövlətlər Azərbaycan Ordusunun tətbiq etdiyi taktikaları öyrənir və öz hərbi strukturlarında tətbiq edir. Bu, ordumuzun təkcə hərbi deyil, həm də beynəlxalq hərbi təcrübə baxımından nüfuzunun göstəricisidir.

Ölkəmizin qazandığı uğurlar onun gələcək inkişafı üçün möhkəm təməl yaradıb. Dövlətimizin bu sahədə apardığı ardıcıl siyasət ordunun daha da güclənməsinə və ölkəmizin müdafiə qabiliyyətinin artırılmasına yönəlib. Bu gün Azərbaycan həm silah-sursat istehsalını genişləndirir, həm də şəxsi heyətin peşəkarlığını artırmaq üçün müxtəlif təlim və hazırlıq proqramlarını həyata keçirir. Ordumuzun gücü yalnız müasir texnologiyalar və döyüş təcrübəsi ilə məhdudlaşmır. Azərbaycan əsgərinin ruh yüksəkliyi, vətənpərvərliyi və mənəvi dayanıqlığı da ordumuzun qələbələri əsasını təşkil edir. Bu gün Azərbaycan Ordusu xalqımızın güvən mənbəyidir və onun hər bir uğuru bütün millətimiz üçün fəxrdir.


44 günlük müharibədən sonra hərbi sahədə islahatların daha da dərinləşməsinə toxunan siyasi şərhçi Səxavət Məmməd “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm də peşəkar kadr potensialı baxımından bölgədə ən güclü hərbi strukturlardan birinə çevrilib: 

“2020-ci ilin sentyabr ayında başlanan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları Azərbaycanın hərbi gücünün və strategiyasının nə qədər yüksək səviyyədə olduğunu bir daha göstərdi. Çoxları bu qələbələrin ardından vəziyyətin tamamilə sabitləşdiyini düşünürdü. Lakin reallıq bundan tamamilə fərqlidir: bu qələbələr müharibənin deyil, yeni mərhələnin başlanğıcı idi. Dünya miqyasında gedən gərgin geosiyasi proseslər, regionda artan təhdidlər və qlobal müharibə ehtimallarının yüksəlməsi Azərbaycanın ordusunun gücləndirilməsi zərurətini artırır.

Azərbaycan ordusu qısa müddət ərzində tarixi qələbə qazandı, ancaq bu qələbə dövlətimizi "baş fırlanması"na salmadı. Əksinə, qələbədən sonra da ordumuzun inkişafına böyük önəm verildi. Dövlət, hərbi texnika və kadr potensialının təkmilləşdirilməsinə geniş və davamlı maliyyə dəstəyi ayırdı. Bu, ordumuzun yalnız zəif cəhətlərinin gücləndirilməsi deyil, həm də mövcud güclü tərəflərinin daha da artırılması istiqamətində strateji addımların atılması ilə müşayiət olundu.

Xüsusi təyinatlı qüvvələrin sayının iki dəfə artırılması və “Komando” briqadalarının yaradılması bunun ən bariz nümunələrindəndir. Dağlıq və çətin relyefli ərazilərdə motoatıcılarla nəticə əldə etməyin mümkün olmadığı aşkarlandıqdan sonra, dağatıcı və komando briqadalarının formalaşdırılması Azərbaycanın döyüş taktikalarında dönüş nöqtəsi oldu. Bu yeni strukturlar döyüş qabiliyyətini artırmaqla yanaşı, çevikliyini və taktiki üstünlüyünü də təmin etdi.

Həmçinin, hava hücumundan müdafiə sistemlərinin, haubitsaların (artilleriya silahları) və müasir radar texnologiyalarının ordumuza inteqrasiyası Azərbaycan Silahlı Qüvvələrinin döyüş imkanlarını və müdafiə potensialını böyük ölçüdə artırdı. Açıq şəkildə demək lazımdır ki, Azərbaycanın aviaparkı köhnə idi və Azərbaycan uzun zaman idi ki, aviaparkını yeniləməyi düşünürdü. Düzdür, Azərbaycanın aviaparkında MiQ-21, MiQ-29, Su-24, Su-25 hərbi təyyarələri var. Bu təyyarələr həm yeni təmirdən çıxıb, həm də modernləşdirilib. Müharibə vaxtı da ciddi nəticələr göstərib, ancaq aviaparkın yenilənməsi şərt idi. İddialı bir ölkənin aviaparkındakı ən yaxşı təyyarələr MİQ-29, Su-25 olmamalıdır. Məsələyə bir qədər dərindən yanaşsaq, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın da əlinə fürsət verdi ki, Rusiyadan yox, hərbi təyyarələri fərqli ölkələrdən alsın. Azərbaycan aviaparkını yeniləmək üçün strateji müttəfiqlərindən biri Pakistana üz tutdu. Azərbaycan öncə 16 ədəd “JF-17C Thunder Block 3” çoxməqsədli döyüş təyyarəsini sifariş verdi. Daha sonra isə bu təyyarələrin sayı 40-a çatdırıldı. Bu, Azərbaycanın döyüş gücünün yeni səviyyəyə çıxarılması üçün vacib bir addım oldu”.


S.Məmmədin sözlərinə görə, ordunun gücləndirilməsi yalnız Ermənistanla mübarizə üçün deyil, Azərbaycanın regionda və dünyada öz mövqeyini möhkəmləndirmək strategiyasının tərkib hissəsidir: 

“Güclü dövlətlərin liderləri zaman-zaman kiçik və zəif ölkələrin mövcudluğunu sual altına alır, onları siyasi və hərbi təzyiqlə zərbə altında saxlamağa çalışırlar. Azərbaycan isə bu çağırışlara reallıqla cavab verir, həm öz ərazilərini qoruyur, həm də regionda güc mərkəzi kimi tanınmaq üçün sistemli və uzaqgörən strategiyalar həyata keçirir. Gələcəkdə Azərbaycan üçün təkcə Zəngəzur dəhlizinin açılması deyil, həm də “tarixi torpaqlar”la bağlı məsələlərin həlli prioritet olacaq. Bu, sadəcə regiondakı qonşu dövlətlərlə deyil, qlobal güclərlə də bağlı olan mürəkkəb diplomatik və hərbi proseslərin tərkib hissəsidir. Dünya ölkələrində, məsələn, Almaniya, Rusiya, Türkiyə, Polşa və Moldovada belə “tarixi torpaqlar”la bağlı iddiaların səslənməsi bu mövzunun nə qədər aktual və həssas olduğunu göstərir. Bu iddiaların bəziləri isə 3-cü dünya müharibəsinin mümkün başlanğıcı kimi qiymətləndirilir. Türkiyə isə bunu 1-ci Dünya müharibəsinin davamı kimi qəbul edir. Belə qeyri-müəyyən və qarışıq dövrdə Azərbaycanın mövqeyini möhkəmləndirmək, təhlükəsizlik və müdafiə sahəsində maksimum dərəcədə güclənməkdən başqa yolu yoxdur. Azərbaycan ordusu təkcə döyüş meydanında deyil, həm də strateji hazırlıq, texnoloji yeniliklər, kadr potensialı və beynəlxalq əlaqələrin gücləndirilməsi sahəsində də inkişaf edir. Bu, Azərbaycanın regionda sülhün və sabitliyin qorunmasına, suverenliyinin təminatına və güclü dövlət imicinin formalaşmasına xidmət edir”.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın ordusu qələbədən sonra yalnız sakitləşməyi deyil, gücünü artıraraq gələcəyə daha hazırlıqlı addımlamağı seçib: “Bu, hərbi baxımdan regionda dayanıqlı mövqe tutmaqla yanaşı, siyasi və strateji üstünlüklərin əldə olunması üçün də vacibdir. Azərbaycanın qarşıdakı illərdə atacağı addımlar, onun həm daxildə, həm də beynəlxalq səviyyədə möhkəmliyinin zəmanətidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyun 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri