Icma.az
close
up
RU
Dünyaşöhrətli Azərbaycan şairi TƏHLİL

Dünyaşöhrətli Azərbaycan şairi TƏHLİL

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət başçısının Sərəncamıma əsasən, Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunacaq

Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir.

Bildiyimiz kimi, 2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur. Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Sənəddə qeyd olunduğu kimi, zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə mənalandırmış və bunlardan ibrət almağı tövsiyə etmişdir. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür. Əsrinin mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər.

Mənbələrdən məlumdur ki, şairin adı İbrahim, atasının adı Əli idi. Xaqani Şirvanda dülgər ailəsində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri nəticəsində şair həbs edilir. Həbsdə olduğu dövrdə o "Həbsiyyə" şeirlərini yazır. Daha sonralar Xaqani Yaxın Şərq ölkələrində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin Şairlər qəbiristanlığında dəfn edilmişdir.

Əfzələddin Xaqani Azərbaycanda Nizami Gəncəviyə qədər olan ədəbiyyatın ən parlaq, ən qüdrətli nümayəndəsidir. O, ədəbiyyata yüksək sənətkarlıq, güclü siyasi-ictimai, humanist məzmun gətirmişdir.

Xaqani gənc yaşlarından başlayaraq gözəl şeirlər yazmışdır. "Uşaqlıqdan adətim bu olmuşdur ki, inciyim, inciməyim". O, həmişə inamın, həqiqətin, gözəlliyin carcısı olmuş, hər cür şəri rədd etmişdir.

25 yaşında ikən Şirvanşahların "məlik üş-şüara"sı Əbül-üla Gəncəvinin dəvəti ilə saraya gəlmiş, onun qızı ilə evlənmiş, Əbül ülanın ona verdiyi "Xaqani" təxəllüsü ilə şeirlər yazmışdır. Sarayda xidmət etdiyi ərəfədə poeziyasındakı ciddi, sərt fikirlər, eyni zamanda hərəkəti, davranışı çoxlarını təşvişə salmışdır. Özünü "qanadı qırılmış quş kimi dəmir qəfəsdə" hiss edən şair Məkkə səfərinə çıxmalı olmuşdur. Məkkəni, Mədinəni, Bağdadı, digər şəhərləri gəzmiş, əsərlərində bu yad diyarda ona olan diqqətdən, hörmətdən, ehtiramdan həvəslə, ətraflı söhbət açmışdır. Səyahətinin nəticəsi olaraq "Mədain xərabələri" adlı məşhur fəlsəfi qəsidəsini yazmışdır. Bu əsərində şair Sasani şahlarının xaraba qalmış sa raylarının timsalında müasirlərini ibrət dərsi almağa çağırmışdır.

Xaqani Şirvanı klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmışdır. Əsərləri tezliklə Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin nəzərini cəlb etmişdir. O, Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunəsi sayılan "Töhvət ül-İraqeyn" adlı məsnəvisini yazmışdır.

1157-ci ildə yazılmış bu əsərdə şair səfər macəraları ilə yanaşı, xalqların həyatından aldığı təəssüratı təsvir etmişdir. "Düşmənləri tənqid", "Günəşə xitab", "Qızıla məzəmmət" başlıqlı hissələr oxucunu heyran edir. Şair saflığın, işığın, hərarətin, ucalığın rəmzi olan günəşi özünün dostu sayır, ondan yardım diləyir. "Töhvət-ül-İraqeyn" əsəri Azərbaycan ədəbiyyatı ta rixində ilk poemadır. Əsərin əsas qəhrəmanı şairin özüdür. Poemada düşünən də, sevinən də, fəxr edən də, qəzəblənən də şairin özüdür.

Xaqani Şirvani bədxah saray şairlərinin hücumu nəticəsində 1170-ci ildə həbs olunaraq Şabran qalasına salınmış, 7 ay həbsdə qalandan sonra azad edilmişdir. Bütün bu əzab-əziyyətlərə dözməyən şair 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı tərk etmiş, Təbrizə köçərək ömrünün axırına qədər orada yaşamışdır.

Xaqani Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınıb. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapan xüsusiyyətlərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatıb.

Mənbələrdə qeyd olunduğu kimi, Xaqani Şirvani olduqca mürəkkəb yaradıcılığa və özünəməxsus bədii ifadə tərzinə malik bir şair olub. Azərbaycan klassikləri arasında ancaq o, əruz vəzninin, demək olar ki, bütün bəhrləri üzrə şeir yazıb. Xaqani qüdrətli bir şair olduğundan, öz dövründə və sonrakı əsrlərdə geniş şöhrət qazanıb. Azərbaycanın və Yaxın Şərqin bir çox adlı-sanlı şairləri onu özünə ustad hesab edib və onun ayrı-ayrı əsərlərinə iftixarla nəzirələr yazıblar.

Xaqani Şirvani yalnız Azərbaycanın yox, bütün yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi əzəmətli keyfiyyətləri ilə birincisidir. Tədqiqatçılar onu ədəbiyyatımızda fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu qəzəllərin və müdrik rübailərin, nəhayət, kamil mənzum səyahətnamənin yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətül-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətül-İraqeyn" poeması daxildir.

Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.

Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see522

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see287

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see285

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see275

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see271

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see265

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see254

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see253

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see247

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see245

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see245

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see237

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see231

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see230

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see229

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see228

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see209

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see208

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see201

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri