Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını artırmaq, eksperimental şəraitdə daha səmərəli fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloji təlim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Qardaş Türkiyə Respublikasından dəvət edilmiş psixoloqlar "Psixologiyanın əsasları", "Travmada neyropsixoloji yanaşmalar", "Patologiya olmayan psixoloji problemlər", "Trans altında psixoterapiya üsulları" mövzularında dinləyicilərə ətraflı məlumat çatdırıblar.
Təlim zamanı dinləyicilərin iştirakı ilə praktik çalışmalar yerinə yetirilərək əldə olunan biliklər möhkəmləndirilib.
Təlimdə planlaşdırılmış mövzuları əhatə edən psixologiyanın fundamental prinsipləri, insan davranışlarının elmi izahı və psixoloji müdaxilə üsulları barədə məlumat verilib, döyüş və ekstremal şəraitdə travma yaşayan hərbi qulluqçuların psixoloji vəziyyətinin neyropsixoloji aspektləri və onlara effektiv dəstək metodları izah edilib, hərbi qulluqçular arasında geniş yayılmış, lakin klinik patologiya hesab edilməyən psixoloji problemlərin korreksiya yolları müzakirə edilib. Həmçinin dərin psixoloji problemlərin aradan qaldırılmasında psixoterapiyada trans vəziyyətindən istifadənin effektivliyi və tətbiq metodları izah olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 21 Fevral 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















