Azərbaycan Ordusunda psixoloqlar üçün növbəti təlim keçirilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə daha səmərəli fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloqlar üçün təlim təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
Qardaş Türkiyədən dəvət edilmiş psixoloq "Sxem terapiyası" təlimində dinləyicilərə ətraflı məlumat verib. Psixoloji problemlərin aradan qaldırılmasında, şəxsiyyət pozuntularının müalicəsində bu üsulun düzgün tətbiqi öyrədilib.
Təlim zamanı interaktiv metodlardan istifadə olunmaqla müasir təcrübələrə əsaslanan terapiya üsullarının faydaları izah edilib, praktiki çalışmalar yerinə yetirilərək qazanılan biliklər möhkəmləndirilib.
Dinləyicilər tərəfindən mövzu diqqətlə mənimsənilib, təlimçilər maraq doğuran suallara geniş şəkildə cavab veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 24 İyun 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















