Icma.az
close
up
RU
Azərbaycan Orta Dəhlizin strateji mərkəzinə çevrilir

Azərbaycan Orta Dəhlizin strateji mərkəzinə çevrilir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının regional nəqliyyat və logistik mərkəz kimi önəmini sürətlə artırır. Orta Dəhlizin inkişafı çərçivəsində keçirilən tədbirlər və layihələr Azərbaycanın beynəlxalq ticarət şəbəkəsində strateji mövqeyini möhkəmləndirir, region ölkələri arasında əməkdaşlığı gücləndirir. Bunun uğurlu nəticəsidir ki, sentyabrın 9-11-də Bakıda 4-cü Beynəlxalq “Black and Caspian Freight Forum 2025” çərçivəsində “Dəhlizlər, yüklər, infrastruktur” mövzusunda konfrans və sərgi keçirilir. Bu tədbir həm regional, həm də beynəlxalq logistika liderləri üçün əsas görüş platformasına çevrilir və 25-dən çox ölkədən təxminən, 250 nümayəndəni bir araya gətirib.

Konfransın ilk günündə müxtəlif iştirakçılar və çıxış edənlər qlobal nəqliyyat gündəminə toxunublar. Məsələn, Ukrayna və Gürcüstan arasında bərə marşrutunun bərpası Orta Dəhlizin fəaliyyətində əhəmiyyəti bir daha vurğulanıb. Məlumdur ki, bu marşrut yük daşımalarının sürətini artıraraq Azərbaycan vasitəsilə Avropaya çıxışı daha səmərəli edir. Ekspertlər vurğulayırlar ki, marşrutun bərpası tranzit xərclərinin azalmasına və logistika axınlarının optimallaşmasına xidmət edir.

Bununla yanaşı, tədbirdə çıxış edən Belçikanın ölkəmizdəki səfiri Jülyen de Frepon Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış razılaşmalar haqqında danışıb. Bunun Orta Dəhlizin potensialını gücləndirəcəyini vurğulayan səfir, layihənin region ölkələri və beynəlxalq tərəfdaşların marağını artırır, ticarət əlaqələrinin inkişafına təkan verəcəyini bildirib.

Qeyd edək ki, tədbir çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tutumunun iki il ərzində 2 min 600 TEU-ya qədər artırılması planları açılanıb. Bu, Azərbaycanın regional yük daşımalarının mərkəzinə çevrilməsini sürətləndirir və logistik imkanlarını genişləndirir.

Çexiya şirkətinin Azərbaycana unikal təmizləmə texnologiyaları ilə daxil olması yerli bazarın modernləşməsinə töhfə verəcək, Avropa standartlarının tətbiqi isə tranzit və logistika proseslərinin səmərəliliyini artıracaq.

Mərkəzi Asiya ölkələrinin konteyner təminatında mövcud avadanlıq disbalansı Orta Dəhlizin strateji əhəmiyyətini daha da yüksəldir. Ekspertlər bildirir ki, Azərbaycan vasitəsilə yük daşımalarının sürəti və səmərəliliyi region üçün önəmli üstünlükdür.

“Beijing Trans Eurasia International Logistics” şirkətinin sədri Vansyuy Dunda isə çıxışında bildirib ki, Orta Dəhlizin inkişafı olmadan Çin – Avropa arasında yük axınını qorumaq çətin olacaq. Orta Dəhliz üzrə yükdaşımaların inkişafı və xidmətlərin optimallaşdırılması region ölkələri qarşısında duran əsas vəzifələrdən biridir. Onun sözlərinə görə, Orta Dəhlizin əsas problemlərindən biri əlverişsiz hava şəraiti, pik mövsümlərdə məhdud ötürmə qabiliyyəti və sənəd dövriyyəsi zamanı vaxt itkisidir.

“Alliance Multimodal LLC.” nin baş icraçı direktoru Natiq Cəfərov çıxışında unikal fikirlər səsləndirib. Qeyd olunub ki, Zəngəzur dəhlizi Azərbaycanın həm Şərqlə, həm də Qərblə bağlantısını daha da genişləndirəcək. Hazırda Bakı Beynəlxalq Dəniz Limanının tutumu 1500 TEU-dur və bu göstərici iki il ərzində 2 min 600 TEU-ya qədər artacaq. Limanda hazırda illik 60 min nəqliyyat vasitəsi və 100 min vaqon emal edilə bilər. Orta Dəhlizin imkanları çətinliklərdən daha böyükdür və Azərbaycan tranzit mərkəzi kimi strateji üstünlüklərə malikdir.

Belçikanın “Gosselin Group” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə regional direktoru Con Brekeveldt isə deyib ki, hazırda Azərbaycanın iştirakı olmadan bütün Orta Dəhliz layihəsini həyata keçirmək mümkün deyil. Odur ki, Azərbaycan layihədə iştirak edən bütün ölkələri bir araya gətirməkdə və bu layihənin həqiqətən də lazım səviyyədə həyata keçirilməsində aparıcı qüvvə ola bilər.

Qeyd edək ki, 2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin 5,2 milyon tona yüksələcəyi proqnozlaşdırılır. Bunun 4,2 milyon tonu marşrut iştirakçısı ölkələrin ərazisindən keçəcək, 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək. Proqnozlara görə, 2027-ci ilə qədər Orta Dəhlizin illik buraxılış qabiliyyəti 10 milyon tona çata bilər.

Konfrans çərçivəsində daha bir əlamətdar tədbirin Bakıda keçirələcəyi xəbəri verilib. Belə ki, gələn ilin may ayında Azərbaycanda Beynəlxalq Nəqliyyat Forumunun İllik Sammiti keçiriləcək. Xatırladaq ki, bu toplantı qlobal nəqliyyat siyasətinin əsas tədbirlərindən biridir. Hər il may ayında nəqliyyat sahəsinə cavabdeh nazirlər, biznes liderləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament üzvləri, siyasət tərtibçiləri, biznes assosiasiyaları nümayəndələri və aparıcı tədqiqatçılar üç gün müddətində Almaniyanın Leypsiq şəhərində toplaşaraq nəqliyyatın gələcəyini strateji baxış bucağından müzakirə edirlər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri